Vaqif Mustafazadənin 85 illik yubileyi keçirildi

Vaqif Mustafazadənin 85 illik yubileyi keçirildi
14 yanvar 2026
# 11:23

Rusiyanın paytaxtı Moskva şəhərində İqor Butman Caz Klubunda azərbaycanlı caz pianoçusu və bəstəkar, Əməkdar artist Şahin Növrəslinin görkəmli musiqiçi, caz muğamının banisi Vaqif Mustafazadənin 85 illiyinə həsr olunmuş konserti keçirilib.

Kulis.az xəbər verir ki, konsert İqor Butman Caz Klubu və Vadim Alxazov Mədəni və Sosial Layihələrin Dəstəklənməsi və İnkişafı Fondu – “Forteforma” tərəfindən Azərbaycanın Rusiyadakı səfirliyinin və Vaqif Mustafazadə Xeyriyyə Fondunun dəstəyi ilə təşkil olunub.

Moskva səhnəsi üçün xüsusi proqram hazırlanıb. Ev-muzeyinin direktoru və Vaqif Mustafazadə Xeyriyyə Fondunun İdarə Heyətinin sədri Afaq Əliyeva qeyd edib ki, belə sənət axşamları böyük musiqiçinin musiqi irsinin qorunması və inkişaf etdirilməsi üçün xüsusilə vacibdir. O əlavə edib ki, müasir ifaçılar Vaqif Mustafazadənin yolunu davam etdirir, beynəlxalq səhnədə yüksək qiymətləndirilən öz caz üslublarını inkişaf etdirirlər. “Bu gün bu irsin ən görkəmli davamçılarından biri olan Şahin Növrəsli səhnədə həm öz əsərlərini, həm də Vaqif Mustafazadənin musiqisini ifa edir. Məhz bu unikal yanaşma beynəlxalq səviyyədə musiqiçilərimizə olan marağı artırır və onlara Azərbaycanı şöhrətləndirməyə imkan verir”, - deyə o bildirib.

Öz növbəsində, Şahin Növrəsli İqor Butman Caz Klubunda çıxış etməyin böyük şərəf olduğunu vurğulayıb O, tamaşaçıların hərarətli münasibətini və konsertin anşlaqla keçməsini qeyd edərək bildirib ki, bu, təkcə onun solo çıxışına deyil, həm də əsərləri bir neçə musiqiçi nəslinə dərin təsir göstərmiş Vaqif Mustafazadəyə dərin hörmət əlamətidir.

Konsertdə Vaqif Mustafazadənin əsərləri, eləcə də Şahin Növrəslinin muğam və improvizasiyaya əsaslanan, milli ənənə ilə müasir caz düşüncəsini mükəmməl şəkildə birləşdirən orijinal əsərləri səsləndirilib.

# 1263 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər