"Ulduz"un iyul-avqust sayı çapdan çıxdı

"Ulduz"un iyul-avqust sayı çapdan çıxdı
28 iyul 2023
# 11:31

"Ulduz" jurnalının iyul-avqust sayı işıq üzü görüb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, oxucular ilk olaraq Nigar Arifin özüylə söhbəti və şeirləri ilə tanış olacaqlar.

"Nəsr" rubrikasında Alpay Azərin "Hörüksüz qızın imtahanları", Məmməd Məmmədlinin "Zülmətdən doğan günəş", Könül Məmmədovanın "Möcüzələr diyarı", Murad Köhnəqalanın "Buğdanın göyə çəkilməsi", Mahir Rəsuloğlunun "Daltonikin etirafı", Vüsal Bağırlının "Köhnə avtomobil" hekayələri, Ayna Əhmədlinin "Ümidlərin yenidən doğulduğu gün-Zəfər günü", Arzu Muradın "Məktub" silsilə esseləri, eləcə də Bakı Dövlət Universitetinin tələbələri arasında keçirilmiş və görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyinə həsr edilmiş hekayə müsabiqəsi qaliblərinin ədəbi nümunələri yer alıb.

"Şeir vaxtı"nda isə Müşfiq Cəbinin, Firəngiz Sabirqızının, Ceyhunə Mehmanın, Rəşad Abidoğlunun, Qismət Məsimin, Təranə Dəmirin, Yusif Mürsəlin, Zahid Əzizin, Əziz Yaqubzadənin və Nuranə Təbrizin şeirləri təqdim edilir.

Professor Cəlal Məmmədovun hazırladığı "Qısa fikirlər xəzinəsi"ni Nəcib Fazil Qısakürəyin, Somerset Moemin və başqalarının deyimləri bəzəyir. Taleh Mansurun "Yazı masası"nın budəfəki qonağı şair İbrahim İlyaslıdır. Professor Məti Osmanoğlunun təqdim etdiyi "Gənc yazarlar üçün nəzəriyyə dərsi"nin cari mövzusu İppolit Tenin "Mədəni-tarixi məktəb"i və müəllifin Sent-Bövə həsr etdiyi "Sənətdə ideal haqqında" başlıqlı mülahizələridi. Aytac Sahədin "Sələf-xələf"inin qonaqları "M-Teatr"ın rəhbəri, Xalq artisti Vidadi Həsənov və teatrın aktrisası Oksana Rəsulovadır. İlham Abbasovun "Latın Amerikası ədəbiyyatının şahzadə xanımı" sərlövhəli yazısı ədəbiyyat üzrə Nobel mükafatı laureatı Qabriela Mistralın həyat və yaradıcılığının mühüm məqamlarına işıq tutur.

Tatar ədəbiyyatının tanınmış nümayəndəsi, yazıçı, dramaturq, tərcüməçi və rejissor Rabit Batullanın "Canından can ver" hekayəsi Məleykə Mirzəlinin tərcüməsində təqdim edilir. Dayandur Sevginin tənqidçi Vaqif Yusifli ilə müsahibəsi xüsusi maraq doğurur. "Dərgidə kitab"da Əvəz Qurbanlının şeirləri, "Dərgidə sərgi"rubrikasında isə qrafist-rəssam Mayis Həsənlinin əsərləri yer alıb.

# 1436 dəfə oxunub

Oxşar xəbərlər

Eldar Bolqarıstanın “Eurovision-2026” milli seçim finalının ulduz qonağı oldu

Eldar Bolqarıstanın “Eurovision-2026” milli seçim finalının ulduz qonağı oldu

19:02 3 fevral 2026
"Oskar"a namizəd göstərilən filmin ssenaristi İranda saxlanıldı

"Oskar"a namizəd göstərilən filmin ssenaristi İranda saxlanıldı

16:50 3 fevral 2026
Qəbələdə  “Qış nağılı” Musiqi Festivalı  keçiriləcək

Qəbələdə “Qış nağılı” Musiqi Festivalı keçiriləcək

16:20 3 fevral 2026
Üzvlük haqqını ödəməyən yazıçılar AYB-dən çıxarıldı

Üzvlük haqqını ödəməyən yazıçılar AYB-dən çıxarıldı

14:30 3 fevral 2026
Atamın məzarını ziyarətə gedə bilmirəm… - Saleh Məmmədova açıq məktub

Atamın məzarını ziyarətə gedə bilmirəm… - Saleh Məmmədova açıq məktub

14:25 3 fevral 2026
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum oldu

Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum oldu

14:05 3 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər