Türkmənçay cinayəti - İlhamə Nasir yazır...

İlhamə Nasir

İlhamə Nasir

10 fevral 2022
# 14:20

Kulis.az İlhamə Nasirin "Yarımçıq Azərbaycan və ya 10 fevral sö vdələşməsi" adlı yazısını təqdim edir.

Əksər dünya xalqlarının tarixinə baxsaq, 19-cu əsr parçalanmış vilayətlərin birləşmə dönəmini görərik. Məsələn: Avropada Almaniya, İtaliya bir dövlət xəritəsində birləşdi. Bizim isə qismətimizə 19-cu əsr qanlı savaş meydanları və parçalanmaqla yazıldı.

1828-ci il. İrəvan və Naxçıvan xanlıqlarının qanlı süqutundan sonra, 1813-cü ildə Gülüstanda öz mövqeyini möhkəmlətmiş Rusiya cəngini bir az da uzatdı. Onsuz da, hissə-hissə olmuş, bir-birindən ayrı düşmüş Azərbaycan vilayətlərini Rusiya və Qacarlar imperiyası öz aralarında bölmüşdülər. Türkmənçay sazişi təkcə siyasi sənəd deyil, böyük tarixi, mədəniyyəti olan bir millətin ikiyə bölünməsidir. Güney Azərbaycan bütöv Azərbaycanın mənəvi beşiyi olub. Oradan Quzey Azərbaycana böyük mədəniyyət keçirdi. Amma körpülər, keçidlər, əlaqələr, hətta qohumluq bağları belə sındı. Yavaş-yavaş yadlaşma başladı.

Bakıya işləməyə gələn Güneylilərə burada yaşayan ermənilər, ruslar təyziq göstərdilər, lağa qoydular, milləti bir-birindən ayırmaq üçün əllərindən gələni etdilər. Onların sayəsində yavaş-yavaş yadlaşma başladı. Məhz buna görə də 20-ci əsrdə Səttarxanın, Xalq Cümhuriyyətinin, Xiyabaninin cəhdi, və Pişəvəri hərəkatı ikiyə bölünmüş milləti birləşdirə bilmədi.

Siyasi cəhətdən susdurulsa da, Güney dərdi ədəbiyyatda yaşadı. S. Vurğunun, S. Rüstəmin, Mir Cəlal Paşayevin, M. İbrahimovun Təbriz motivləri, M. Şəhriyarın ürəkdağlayan əsərləri, B. Vahabzadənin Gülüstan poeması, Hökumə Billurinin, Söhrab Tahirin vətən iniltisi bu millətin mədəniyyətini, ədəbiyyatını ayırmağa qoymadı. Radio dalğalarında Azərbaycan manhılarına həsrətlə qulaq asan güneylilər içlərində bir vətən abidəsi ucaltdılar.

Qobustan jurnalının ilk nömrələri ikiyə bölünmüş dərc olunurdu - Quzey və Güney bölmələri. Bu Sovet rejiminə, rus imperiyasına vurulan solaxay şilləydi. 40-cı il Təbriz hadisələrini yaxşı xatırlayan H.Əliyev mədəniyyətdə, incəsənətdə, ədəbiyyatda, kinoda Güney mövzusunu önə çıxmasına hamilik edirdi. Müsahibəsində ən çox rəğbət bəslədiyi şairin məhz M. Şəhriyar olması bunu sübut edirdi.

88-ci il Meydan hadisələri Azərbaycan xalqının yeni oyanış dövrü oldu. 89-cu ilin dekabr ayının 31-də vətəni ikiyə bölmüş dəmir sərhədlər qırıldı. Məhz həmin günü Ümummilli lider H. Əliyev dünya azərbaycanlıların həmrəylik günü kimi qeyd olması haqqında fərman imzaladı. Azərbaycan o dönəmdə zəif idi və güclü İran dövlətinə qarşı çıxa bilməzdi. Bütün bu dövrlər ərzində İran dövlətinin rəhbərlərinin qeyri-səmimi münasibətləri Azərbaycanın güclü olmasını istəməməsinə bağlıydı.

44 günlük böyük zəfərimiz həmişə ermənilərin yanında olan İran rəhbərlərinin heç də ürəyincə olmadı. Hər yola əl atdılar, amma dəmir yumruq və müdrik siyasət onları reallıqla barışmağa məcbur etdi. İndi yeni reallıq yaranır. Dəmir yumruqdan ilhamlanan xalq Zəngəzur dəhlizini, Qərbi Zəngəzuru, İrəvanı, Göyçəni arzulayır. Güneydə yaşayan 30 milyondan çox Azərbaycan türkü bir əsrdə beş dəfə inqilab edib. İnanıram ki, bu yumruq onları da ruhlandıracaq. Dünyanın siyasi düzəni dəyişəcək. Artıq yeni dövrün tələbləri gəlir və yeni dünyanın siyasi xəritəsində bütöv Azərbaycanın yeri var.

Bakıda “Təbriz bağı” yoxdur, sadəcə Təbriz küçəsi var, amma 10 fevral günü əlimizdə gül hər iki tərəfdən sərhəd boyu düzülə bilərik, səssiz-səmirsiz. Sükutla həmrəyliyimizi göstərək, 10 fevral 1828-ci il cinayətinin bir milləti bölə bilməməsini sübut edərik. Tarix üçün 100 il 200 il heç nədir. Zaman gələcək, siyasi sərhədlər dəyişəcək. Amma o vaxta qədər Bakıda olan Təbrizin yadigarları – Pişəvəri, Mir Cəlal Paşayev, Söhrab Tahir, Hökümə Billuri və s. məzarına gül düzək ki, ruhları şad olsun.

AYB-də Güney Azərbaycan şöbəsi var. Bütün yaradıcılıq birliklərinin (Teatr Xadimləri İttifaqı, Bəstəkarlar İttifaqı, Kinematoqrafçılar İttifaqı, Rəssamlar İttifaqı, Aşıqlar Birliyi və s.) belə şöbələri olmalıdır. Biz yalnız onda birləşə bilərik və 10 fevralı tariximizdən silərik.

# 7626 dəfə oxunub

Oxşar xəbərlər

“Görünən və görünməyən Səməd Vurğun” - Şairin ev muzeyində

“Görünən və görünməyən Səməd Vurğun” - Şairin ev muzeyində

09:45 4 noyabr 2026
Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər