Tökülür qələmdən nə ki varım bu gecə - Günün şeiri

Tökülür qələmdən nə ki varım bu gecə - Günün şeiri
21 iyun 2023
# 14:35

Bu gün Azərbaycanın ilk tarixçisi, tarix elminin əsasını qoyan görkəmli şəxsiyyət Abbasqulu ağa Bakıxanovun doğum günüdür. Kulis.az bu münasibətlə onun "Bu gecə" qəzəlini təqdim edir.

Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecə,
Pis nəzərdən uzaq, ol çeşmi-xumarım bu gecə,

Yar üzü meylə qızarmış, meyi etmiş üzü al,
Nə məharət eləmiş saqiyi-yarım bu gecə!

Mən bilirdim ki, kimə lütfi və ya nifrəti var
Almasaydı əgər o səbrü qərarım bu gecə.

Üzünü yad eləyib gözlərimə axdı qanım,
Batinü zahir olub güllü baharım bu gecə.

Qaşla üz, ayla günəş misli çıxıb bir yerdə,
Nə qiyamət eləyir laləüzarım bu gecə.

Kuyinə düşmək üçün sinəmi yırtmış könlüm,
O çəmənzari dilər bülbüli-zarım bu gecə.

Kakilindən hələ mən bircə dügün açmamışam,
Tökülür, Qüdsi, qələmdən nə ki varım bu gecə.

# 2944 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər