Titanik batanda sərxoş olub sağ qalan aşpazın qəribə hekayəsi

Titanik batanda sərxoş olub sağ qalan aşpazın qəribə hekayəsi
9 may 2022
# 16:00

Kulis.az Titanik gəmisindən sağ qurtulan baş aşpaz Çarlz Cokinin maraqlı xilas hekayəsini diqqətinizə çatdırır.

Çarlz Cokin 1878-ci ildə İngiltərədə dünyaya gəlib. 11 yaşından qardaşları ilə birlikdə dənizdə işləməyə başlayır; Titanik gəmisi isə onun həyatının dönüş nöqtəsinə çevrilir.

Saat 23:40 radələrində toqquşmanın təsirindən oyanan Çarlz matrosların ora-bura qaçdığını görür və soyuqqanlı davranaraq onlara rəhbərlik etmək qərarı alır.

Əvvəlcə əllidən çox çörəyin xilasedici salların üzərinə qoyulması əmrini verir. İşçilərinə tapşırıqlar verdikdən sonra sakitcə otağına qayıdır və uzun müddətdir saxladığı içkisini içir. Ardınca xilasedici qayıqlardan birinə minmək üçün yola düşür.

Amma qayığa minmir və sərnişinlərin qayıqlara mindirilməsinə kömək edən komandaya yardım göstərir, sonra otağına qayıdır və içki içməyə davam edir.

Su içmək üçün göyərtənin altındakı anbara gedən vaxt Titanikin ikiyə bölünmə səsini eşidir. Gəmidəki hər kəsin özünü itirdiyi vaxtda o, qətiyyən həyəcanlanmır.

Gəmidən tullanan bir çox insan üçün -2 dərəcə soyuq suya çırpılmaq bədənə minlərlə iynənin batması effektini verir və əksəriyyəti bu şokun təsirinə dözməyib bir neçə dəqiqəyə boğulur. Çarlz üçün isə vəziyyət belə olmur, saatlarla soyuq suda əllərini və ayaqlarını hərəkət etdirərək suyun üstündə qalmağı bacarır.

Günəş çıxmağa başlayanda xilasedici qayıq görür və ona sarı üzür. Amma qayıqda ona yer olmadığını görüb bir neçə dəqiqə sonra gələn təknəyə minir və beləcə xilas olur. Möcüzəvi şəkildə bir neçə saat soyuq suda qalmasına baxmayaraq, yalnız ayaqları şişir. Bədəninin başqa heç bir yeri xəsarət almır.

Titanik faciəsindən xilas olan bir çox insanın əksinə Çarlz dəniz sevgisindən heç vaxt imtina etməyərək I Dünya müharibəsində ticarət donanmasında çörəkçiliklə məşğul olur.

Bir ömür danışa biləcəyi macəralar yaşadıqdan sonra 1956-cı ildə, 78 yaşında vəfat edir.

Çarlzın necə sağ qaldığı hələ də məlum deyil

Ən mümkün ehtimal isə panikadan qaçmağı və suya gec tullanması olaraq görülür. İçdiyi alkoqolun da cəsarətinin və dözümlülüyünün artmasına kömək etdiyi düşünülür. XX əsrin ən böyük fəlakətlərinin birindən xilas olaraq adını tarixə yazdırır.

# 3769 dəfə oxunub

Oxşar xəbərlər

Salyanda kino sərgisi - "Çək... Amma bu dəfə fırçayla"

Salyanda kino sərgisi - "Çək... Amma bu dəfə fırçayla"

11:23 4 avqust 2025
Salvador Dalinin 173 avroya alınan tablosu hərraca çıxarılır

Salvador Dalinin 173 avroya alınan tablosu hərraca çıxarılır

11:00 4 avqust 2025
“Romeo və Cülyetta” əsəri qeyri-adi quruluşda: Aktyorların yerinə ekskavatorlar...

“Romeo və Cülyetta” əsəri qeyri-adi quruluşda: Aktyorların yerinə ekskavatorlar...

10:30 4 avqust 2025
Rəssamlıqla heykəltəraşlığın qovuşuğunda: Boyanmış, burulmuş kətan yamaqlarından  sənət

Rəssamlıqla heykəltəraşlığın qovuşuğunda: Boyanmış, burulmuş kətan yamaqlarından sənət

10:00 4 avqust 2025
"Sonuncu yaxın dostumu itirdim" - Anar və Əkrəm Xalq yazıçısı Elçin haqqında danışdı

"Sonuncu yaxın dostumu itirdim" - Anar və Əkrəm Xalq yazıçısı Elçin haqqında danışdı

19:53 3 avqust 2025
Əlifbamızı dəyişdik, ancaq... - Ana dilimizə kimlər qarşıdır?

Əlifbamızı dəyişdik, ancaq... - Ana dilimizə kimlər qarşıdır?

15:00 3 avqust 2025
#
#
# # #