Tətilin qarşısını almaq üçün ağacları budadılar

Tətilin qarşısını almaq üçün ağacları budadılar
21 iyul 2023
# 11:00

İddiaya görə məşhur ABŞ şirkəti "Universal Studios" tətil və etirazların qarşısını almaq üçün nümayişçilərin kölgələndiyi ağacları budatdırıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan bələdiyyə sədri Konstantin Antoni, "Cənubi Kaliforniyada ağaclarla bağlı bir neçə qanun var. Adətən ağaclar oktyabr ayına qədər budanmır. 60 metr məsafədəki eyni tipli ağacların budanmadığını görürük" - deyib.

Los-Anceles Şəhər Şurasının üzvü Nithya Raman açıqlamasında bildirib ki, həmin ərazidə ağacların budanması üçün heç bir icazə alınmayıb.

"Universal Studios"un ictimai əlaqələr şöbəsinin rəhbəri açıqlamasında bunun nümayişçilər üçün problemlər yaratdığını bildiklərini, lakin məqsədli şəkildə etmədiklərini qeyd edib.

Qeyd edək ki, Ekran Aktyorları Assosiasiyası (SAG) və Amerika Televiziya və Radio Sənətçiləri (AFTRA) rəhbərləri iyulun 13-də iş zəmanəti və maaşların artırılması üçün prodüser şirkətləri ilə görüşə bilmədiklərinə görə tətilə başlayıblar.

# 2088 dəfə oxunub

Oxşar xəbərlər

Damla-damla yoxa çıxan zövqümüz...  — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

Damla-damla yoxa çıxan zövqümüz... — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

12:30 7 avqust 2026
Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər