Tanınmış aktrisa əri ilə birlikdə intihar etdi

Tanınmış aktrisa əri ilə birlikdə  intihar etdi
29 sentyabr 2025
# 10:18

Polşa əsilli britaniyalı aktrisa və rəqqasə, Holokostdan sağ çıxan 96 yaşlı Rut Pozner İsveçrədəki intihar klinikasında vəfat edib. Rut 97 yaşlı əri Maykl ilə birlikdə dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, təxminən 75 ildir evli olan cütlük ölümlərindən bir gün əvvəl göndərdikləri elektron poçtla qərarlarını dostlarına və ailəsinə çatdırıblar.

E-poçtda onlar bunun "xarici təzyiqdən azad, qarşılıqlı seçim" olduğunu yazıblar. Cütlük qeyd edib ki, güc itkisi, görmə və eşitmə qabiliyyətinin pisləşməsi onların həyatlarını heç bir qayğının yaxşılaşa bilməyəcəyi bir varlığa çevirib.

"Biz uzun və maraqlı bir həyat yaşadıq və oğlumuz Cereminin ölümünün acısından başqa, biz birlikdə vaxtımızdan həzz aldıq", - e-poçtda deyilir.

Rut Pozner Polşada anadan olub. Demək olar ki, onun bütün ailəsi Holokost zamanı həlak olub; yalnız o və bibisi sağ qalıb. Lent.az

# 1806 dəfə oxunub

Oxşar xəbərlər

Marina Abramoviçin  80 illiyinə həsr olunan böyük sərgi Romada açıldı

Marina Abramoviçin 80 illiyinə həsr olunan böyük sərgi Romada açıldı

18:39 18 noyabr 2026
ADU-da  “Azərbaycan-Özbək dili əlaqələri: tarixi və müasir müstəvidə”  adlı tədbir keçirildi

ADU-da “Azərbaycan-Özbək dili əlaqələri: tarixi və müasir müstəvidə” adlı tədbir keçirildi

17:42 18 noyabr 2026
Kembric Lüğəti 2026-cı ilin sözünü seçdi - "Human" nə deməkdir?

Kembric Lüğəti 2026-cı ilin sözünü seçdi - "Human" nə deməkdir?

17:19 18 noyabr 2026
Parfenonun itmiş heykəltəraşlıq kompozisiyası yenidən quruldu

Parfenonun itmiş heykəltəraşlıq kompozisiyası yenidən quruldu

16:46 18 noyabr 2026
Harvard  150 ildən sonra Braziliyaya iki kölə edilmiş insanın  qalıqlarını qaytardı

Harvard 150 ildən sonra Braziliyaya iki kölə edilmiş insanın qalıqlarını qaytardı

16:17 18 noyabr 2026
Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

15:44 18 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər