Sifarişlə it tərifləyən meyxanaçılar - İt boğuşduran biznesmenlər kimdir?

Sifarişlə it tərifləyən meyxanaçılar - İt boğuşduran biznesmenlər kimdir?
1 fevral 2023
# 15:30

Bakıda şadlıq saraylarının birində meyxanaçılar it haqqında meyxana deyiblər. İddialara görə, Sadiq adlı biznesmen meyxana sifariş verib və itinin təriflənməsini istəyib. Məclisdə iştirak edən meyxana ustadları – Ağamirzə, Mehman Əhmədli, Akif Arif, Mübariz Maştağalı sifarişi yerinə yetiriblər.

Çox maraqlı hadisədir. Burdan o yana bizi iki yol aparır. Əvvəla, camaat qınayır ki, ayıbdır, o boyda kişilər iti tərifləyirlər, meyxana gör nə günə qaldı, ovaxtlar belə deyildi, Rəşad tutulandan sonra ara qarışıb, məzhəb itib-zad.

Əslində, Ağamirzənin, yaxud Mehman Əhmədlinin it, pişik, eşşək, haqqında meyxana deməyindən təbii heç nə yoxdur. Meyxana belə şeylərə xidmət etməlidir. Adi və sadə. Tutdurmusunuz ki, ay nə bilim, meyxana sənətdir, yaradıcı yoldur-filan. Hamısı boş söhbətdir. Meyxana bunun üçündür. İtə-pişiyə qafiyə açılsın, vətənpərvərlik hisslərini qabartsın, dinin keşiyində duran kişilərin sarı siminə toxunsun və s. Yoxsa meyxana bizə nə öyrədəcək? Problem meyxanada yox, ona səhv yanaşan adamlardadır. Ondan çox şey gözləyirlər. Meyxanadan heç nə gözləmək lazım deyil.

Ağamirzə açıqlama verib deyib ki, burada pis heç nə yoxdur. Dünyada itdən vəfalı canlı var? Kaş mənim yaxınlarımda itin vəfası olaydı. Bir müddət əvvəl mənim itim öldü, gözlərim doldu onun ölümünə ağladım. Amma çox adam öləndə heç ağlamıram. İtdən vəfalı heç nə yoxdur.

Eşq olsun Ağamirzə müəllimə. Bundan təbii nə cavab vermək olardı? Hər şey əladır, amma bir şeyi də unutmaq olmaz. İt haqqında meyxananı öz istəyinizlə açıb-deməmisiz axı, bu, sifarişlə olub. Ey Ağamirzə, əgər öz istəyinlə itlər, atlar, dəvələr haqqında meyxana desəydin, nakişiydi sənə bir söz deyən. Axı bu sizin öz azad iradənizlə, öz istəyinizlə baş tutmayıb.

Əgər bu meyxanaçılar heyvanları bu qədər çox istəyirsə, nə üçün və nə üçün digər məclislərdə də bunun şahidi olmamışıq? Niyə getdikləri hər toyda ən azı bir qafiyə heyvanlara aid olmayıb? Mehmanın orda dediyindən də məlumdur ki, sizi tərifləməyə məcbur edirlər. Özünüz öz xoşunuzla hansısa heyvanı tərifləməzsiz.

Ən gülməlisi isə budur ki, heyvan sədaqətindən, heyvan sevgisindən danışan bu meyxanaçılar görün nə deyirlər:

Ağamirzə belə başlayır :

Bidənə çempion it var Azərbaycandə. Doberman. Alqışdıyəğ.

Daha sonra adını bilmədiyim meyxanaçı deyir:

Onun pəncə vurmağını, didişini görmüşəm mən.
Onun neçə-neçə itlə görüşünü görmüşəm mən.
O əlsənə meydan olub döyüşünü görmüşəm mən.

(Burası aydın eşidilmir, ya da elə belə də deyir. Nə fərqi var?)
Girəndə meydana girir, şir kimi, aslan kimi.

250 min manateycən udubdu yarışda,
Bidənə yarış olmuyub ki, olsun o peşman kimi.

***
Adam bu qədər həyasız olmaz. Bu adamlar gör hansı düşüncə, hansı təfəkkür, hansı qanacaq yiyəsidirlər ki, it boğuşdurmaqdan, it döyüşdürməkdən bəh-bəhlə meyxana deyirlər. Qanmırlar ki, hansı dövrdür, it boğuşdurmaq olmaz, it boğuşdurmaq, xoruz savaşdırmaq qaldı 11-ci əsrdə. Adam gərək itləri boğuşdurmasın. Bu yaxşı şey deyil. Qanmırlar. Vallah, gedib Mehman Əhmədliyə desən ki, müəllim, it boğuşdurmaq insana yaraşan, humanist hərəkət deyil. Bir az mədəni olmaq lazımdır. Deyəcək, sən petuxsan. Səni peysər çıxarmaq lazımdır.

Ağamirzənin heyvan sevgisi də bu qədər olmalı idi də. Başqa nə gözləmək olar? Yazıq heyvanı bəslə, bəslə, ona görə ki, böyüyəndə döyüşdürəcəksən. Rüsvayçılıqdır.

Bax bu adamları tapmaq lazımdır. Meyxanaçılarla nə işimiz? Pulunu ver, nə istəyirsən, desinlər. Boş adamlardır. İtinin şərəfinə meyxana dedizdirən biznesmeni, it boğuşduran digər adamları tapmaq lazımdır. Bəllidir ki, bunlar vaxtaşırı belə çempionatlar keçirirlər. Təbii ki, qanunsuz olaraq. Tapmaq və soruşmaq lazımdır bu adamlardan ki, siz kimsiniz? Niyə heyvanlara zülm edirsiniz? Nə üçün it boğuşdurursunuz?

Bu mənzərə bir daha bizə sübut edir ki, əgər burda pulun varsa, hər şey edə bilərsən. Puldan basıb, itinin şərəfinə meyxana da dedizdirə bilərsən.

Nə var puldan baha burda? Heç nə.

# 13362 dəfə oxunub

Oxşar xəbərlər

Çörək qırıntıları ilə böyüdü, musiqiçiləri müharibədən saxladı,  erməni terrorunda həlak oldu – Böyük bəstəkarımızın faciəvi həyatı

Çörək qırıntıları ilə böyüdü, musiqiçiləri müharibədən saxladı,  erməni terrorunda həlak oldu – Böyük bəstəkarımızın faciəvi həyatı

21:00 31 mart 2023
"Saymadığın kinonu niyə təmsil edirsən?" - Şeyx Əbdül Ayaz Salayevi sərt tənqid etdi

"Saymadığın kinonu niyə təmsil edirsən?" - Şeyx Əbdül Ayaz Salayevi sərt tənqid etdi

18:45 31 mart 2023
Ancelina Coli karyerasını bitirir

Ancelina Coli karyerasını bitirir

18:30 31 mart 2023
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:00 31 mart 2023
Aşıq Ələsgərin abidəsinin hazırlanması ilə bağlı Protokol imzalandı

Aşıq Ələsgərin abidəsinin hazırlanması ilə bağlı Protokol imzalandı

17:30 31 mart 2023
Qadın yazıçılar niyə təbliğ olunmaqdan qaçırlar? - Səmra yazır...

Qadın yazıçılar niyə təbliğ olunmaqdan qaçırlar? - Səmra yazır...

16:20 31 mart 2023
# # #