Sankt-Peterburqda M.Ə. Rəsulzadənin 140 illiyi qeyd olundu

Sankt-Peterburqda M.Ə. Rəsulzadənin 140 illiyi qeyd olundu
22 aprel 2024
# 11:00

M.Ə.Rəsulzadənin 140 illiyi ilə bağlı konfrans kecirilib. Rəsmi və bədii hissədən ibarət tədbir Azərbaycan Respublikası prezidentinin Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd edilməsi ilə bagli sərəncamina muvafiq olaraq təşkil olunub.

Kulis.az xəbər verir ki, “Moskva” otelinin konfrans zalında təşkil olunan tədbir Rusiyada fəaliyyət göstərən “Çinar ” Milli-Mədəni Mərkəzinin sədr müavini Ülviyyə Abbasovanın təşəbbüsü ilə Rusiya-Azərbaycan mədəni və humanitar əməkdaşlıq mərkəzinin sədri Eldar Əlizadənin birgə səyi nəticəsində baş tutub.

Azərbaycan dövlət himni ilə başlayan tədbirə Rusiyada yaşayan soydaşlarımız, elm xadimləri, rusiyalı araşdırmacı alimlər, müxtəlif xalqların diaspor nümayəndələri qatılıb. Tədbirin xüsusi qonağı isə Turkiyədə yaşayan soydaşımız, tarix elmləri namizədi Dilqəm Əhməd olub.

“Çinar” Milli Mədəni Mərkəzinin sədri, Sankt-Peterburq Dövlət Universitetinin müəllimi Xeyransa Mirzəyeva qonaqları salamlayaraq Azərbaycan dövlətçiliyi və ictimai fikir tarixində xüsusi yer tutan M.Ə.Rəsulzadə haqqında danışıb.

Təşkilatcı, filoloq Ülviyyə Abbasova Rəsulzadə irsini vətəndən kənarda yaşayan gənclərimizə aşılamağın vacibliyindən danışıb.

“Musa Əfəndi və Azərbaycan Demokratik Cümhuriyyətinin qurucuları” mövsuzunda çıxış edən alim Almira Tahircanova babası, dövrünün parlaq ictimai xadimi, M.Ə. Rəsulzadənin Rusiyadan Finlandiyaya keçməsində şəxsən kömək etmiş Musa Əfəndinin (Musa Biqeyev) fəaliyyəti, Rəsulzadə ilə görüşləri haqqında maraqlı məruzə edib, tarixi fotolar, arxiv materiallarını nümayiş etdirib.

Tədbirdə rusiyali tarixçi alimlər Aleksandr Punçenkov, Vladimir Mixaylovun da məruzələri diqqət çəkib.

Sankt-Peterburq Dövlət Universitetinin müəllimi, soydaşımız türkoloq Şahnaz Kamalın məruzəsi isə “Azərbaycançılıq ideologiyasının qurucusu M.Ə.Rəsulzadə” mövsuzu olub.

Dilqəm Əhmədin çıxışı, təqdim etdiyi arxiv materialları, şəxsi kolleksiyasına aid fotolar isə bütün qonaqların, xüsusilə gənclərin böyük marağına səbəb olub. Çıxışın sonunda çoxsaylı sualları cavablandıran Dilqəm Əhməd tədbirin təçkilatçılarına müəllifi olduğu kitabları hədiyyə edib.

Bədii hissədə isə “Çinar” Rəqs Ansamblı və "Naz" ansamblı milli rəqslərimizi ifa etdiblər. İstedadlı gənc soydaşımız, Sankt_Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazımovun çıxışı da yaddaqalan olub.

Sonda təşkilatçılar Eldar Əlizadə və Ülviyyə Abbasova yekun çıxışlarında tədbirin ərsəyə gəlməsində dəstək olən hər kəsə təşəkkür ediblər.

# 1259 dəfə oxunub

Oxşar xəbərlər

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

18:45 4 noyabr 2025
Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

17:00 4 noyabr 2025
Mikayıl Müşfiqin hüquqi varisi:  "Qanun qarşısında cavab verəcəklər..."

Mikayıl Müşfiqin hüquqi varisi: "Qanun qarşısında cavab verəcəklər..."

16:55 4 noyabr 2025
Nizami Cəfərov:  "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

Nizami Cəfərov: "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

16:05 4 noyabr 2025
“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

15:47 4 noyabr 2025
Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

14:59 4 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər