“Ritm” rəqs qrupu Fransada beynəlxalq folklor festivalında

“Ritm” rəqs qrupu  Fransada beynəlxalq folklor festivalında
11 avqust 2026
# 17:30

Azərbaycanın “Ritm” rəqs qrupu Fransanın Montuar şəhərində beynəlxalq folklor festivalında ölkəmizi təmsil edir.

Kulis.az xəbər verir ki, 1973-cü ildən keçirilən Montuar Avropa Folklor Festivalı dünyanın müxtəlif ölkələrindən folklor kollektivlərini bir araya gətirən mühüm mədəni tədbirlərdən biridir. Zəngin musiqi və rəqs ənənələrini bir araya gətirən festivalın əsas qayəsi mədəniyyətlərarası körpü yaratmaq və xalqlar arasında dostluq münasibətlərini gücləndirməkdir.

Festival çərçivəsində hər il beş qitədən təxminən on folklor kollektivi Montuar şəhərində bir araya gəlir. Tədbirin təşkilinə 250-yə yaxın könüllü cəlb olunur. Festival proqramına konsertlər, sərgilər, konfranslar, ustad dərsləri, milli mətbəx təqdimatları, sənətkarlıq nümayişləri və küçə tədbirləri daxildir.

Festivalın auditoriyası illər ərzində genişlənib. 1973-cü ildə tədbiri 9 minə yaxın insan izlədiyi halda, hazırda festival orta hesabla 20 min ziyarətçi qəbul edir.

Festivalın fəaliyyətinin mühüm istiqamətlərindən biri də humanitar layihələrdir. Müxtəlif illərdə təşkilat Boliviya, Ekvador, Peru, Livan, Rumıniya və Əfqanıstanda humanitar təşəbbüslərə dəstək göstərib. Festival, həmçinin Ekvadorda yerli icmaya kənd təsərrüfatı texnikasının verilməsinə və Peruda məktəb tikintisinə töhfə verib.

Qeyd edək ki, 2011-ci ildə yaradılan “Ritm” rəqs qrupunun əsas məqsədi Azərbaycan milli rəqslərini ölkə daxilində və beynəlxalq səviyyədə peşəkar şəkildə təbliğ etməkdir. Qrup indiyədək Gürcüstan, Türkiyə, Rusiya, ABŞ, Şimali Kipr Türk Respublikası, Çin, Belarus, Monteneqro, İsveçrə və Almaniyada Azərbaycanı təmsil edib.

Qrupun beynəlxalq tədbirlərdə çıxışları sırasında İsveçrənin Bazel şəhərində keçirilən “Bazel Rəqs Festivalı – 2026” da xüsusi yer tutur. “Ritm”in ifasında Azərbaycan milli rəqsləri festival iştirakçılarının böyük marağına səbəb olub. Milli geyimlər, musiqi və rəqslərin vəhdəti Azərbaycan mədəniyyətinin beynəlxalq auditoriyaya təqdimatına imkan yaradıb.

“Ritm” rəqs qrupunun Montuar festivalında iştirakı Azərbaycanın milli mədəniyyətinin beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyətli hadisədir. Qrupun çıxışları vasitəsilə Azərbaycan xalqının zəngin rəqs ənənələri müxtəlif ölkələrdən gələn festival iştirakçılarına təqdim olunur.

Festival avqustun 16-dək davam edəcək.

# 694 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər