“Park” Nəşriyyat Evinin təqdimatı oldu

“Park”  Nəşriyyat Evinin təqdimatı oldu
12 aprel 2025
# 20:24

Nizami Kino Mərkəzində “Park” Müasir Nəşriyyat Evinin təqdimatı olub.

Kulis.az xəbər verir ki, tədbirdə “Park”ın ilk nəşrləri – Salam Sarvanın “Fikir oyunları”, Seymur Baycanın “Həyata yekun vurarkən” adlı ikicildliyi, Mirmehdi Ağaoğlunun “Həcc gündəliyi” və Seymur Baycanla Vüqar Vanın həmmüəllif olduğu “Pişiyə qalib gələn qəhqəhələr” kitabları oxuculara təqdim edilib.

Nəşriyyatın təsisçisi Şəhriyar del Gerani giriş nitqi ilə tədbiri açıq elan edib. O, çıxışında “Park”ın məqsəd və prinsipləri, hədəfləri, prioritetləri barədə söhbət açıb, eyni zamanda, nəşriyyatın yaranma prosesindən danışıb.

Şair Salam Sarvan və yazıçı Mirmehdi Ağaoğlu müəllifi olduğu kitabların ehtiva elədiyi məzmundan bəhs ediblər, yeni yaradılmış nəşriyyatın fəaliyyətinə uğurlar arzulayıblar.

Nəşriyyatın baş redaktoru yazıçı Nadir Yalçın çap olunan nəşrlərin məziyyətlərindən, orijinallığından və planda olan nəşrlərdən danışıb.

Daha sonra Salam Sarvan, Mirmehdi Ağaoğlu və Vüqar Van oxucular üçün kitab imzalayıblar.

Qeyd edək ki, “Park” nəşriyyatının təsisçisi Şəhriyar del Gerani, direktoru Vüqar Van, baş redaktoru Nadir Yalçındır.

# 2445 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər