Olanların ən yaxşısı: İlham Əliyevin 5 şərti və tarixi qələbəsi

Olanların ən yaxşısı: İlham Əliyevin 5 şərti və tarixi qələbəsi
9 avqust 2025
# 14:58

Türklərin gəlmiş-keçmiş ən böyük dövlət adamı və sərkərdələrindən olan Nadir şah Əfşar Suqovuşandakı Qurultaydan sonra buraxdığı sikkənin üstündə belə yazdırmışdı: Olanların ən yaxşısı!

Nadir böyük qələbələr qazanmışdı, hakimiyyətə gələndə işğal altında olan dövlətini azad etmişdi. Suqovuşanda qələbəsini qeyd edirdi. Bu, rusları öz təsir dairəsində olan ərazidən qovan Nadir idi! Üstəlik, bunu müharibəsiz etmişdi.

***
Türklərin başqa böyük dövlət adamı və bizim Ali Baş Komandanımız İlham Əliyev dünən dünyanın bir nömrəli paytaxtında, bir nömrəli ofisində görüşlərə başlayanda mən Nadir Şahın sözlərini xatırladım.

Dövlətimiz, Millətimiz və bölgəmiz üçün olanların ən yaxşısı olur!

***
Avqustun 8-də Vaşinqtondakı görüşlər, imzalanmış sənədlərdəki təfərrüatlar artıq mediada geniş yayılıb. Azərbaycan mediası bu görüşü anbaan xəbər, foto və video görüntülərlə yayımladı. Azərbaycan Prezidenti görüşlərdən və sənədlərin imzalanmasından dərhal sonra mediaya müsahibə verdi və bütün siyasi təfərrüatlara toxundu.

İşğal zamanı aparılan danışıqlarda, daha sonra Vətən Müharibəsi və Böyük Zəfərdən sonrakı proseslərdə Ali Baş Komandanın sülh üçün Azərbaycan adına söylədiyi şərtləri heç vaxt dəyişmədi.

İlk şərt-Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində bərpa etməsi idi. İlham Əliyev siyasi iradəsi, xalqının dəstəyi və ordusunun qüdrəti ilə bunu etdi. Bütün risklərə rəğmən, qərar verdi və etdi.

İkinci şərt-Azərbaycanın öz suverenliyini tam bərpa etməsi idi. Əliyev xalqı və ordusu ilə birgə bunu da bacardı.

Üçüncü şərt-ATƏT-in Minsk Qrupunun tarixə qovuşması idi. Prezident bunu Zəfərdən sonra sülh üçün üç şərtdən biri kimi irəli sürdü. Avqustun 8-də ATƏT-in Minsk qrupu onu yaradanların alqışları ilə tarixə qovuşdu.

Dördüncü şərt-Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən maneəsiz və təhlükəsiz quru yolunun təmin olunması idi. İlham Əliyev buna da nail oldu. Naxçıvan blokadadan qurtarıldı. Bizim “yavru vətənimiz” artıq heç kimin mərhəmətinə möhtac qalmayacaq.

Beşinci şərt-Ermənistan Konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddiaları ilə bağlı müddəaların çıxarılması idi. Çünki bu olmadan Azərbaycana təzyiq etmək istəyən istənilən regional güc “zəif nöqtə”dən tutub, yenidən Ermənistanda revanşistləri alovlandıra, Azərbaycana qarşı çevirə bilər. Əslində bu təkcə bizim yox, elə erməni xalqının da sülh qarantiyasıdır. İlham Əliyev bunu da bacardı. Dünən dünyanın super dövlətinin baş ofisində Trampın şahidliyi ilə imzalanan Birgə Bəyannamə ilə erməni xalqının təmsilçisi olan Baş Nazir Paşinyan sənədlə söz verdi.

Beləliklə, İlham Əliyev ərazi bütövlüyü, suverenliyi, bütün sərhədlərində yalnız Azərbaycan əsgərinin dayandığı, ölkəsində öz ordusundan başqa heç bir hərbi gücün olmadığı, köçkünsüz, blokadasız, heç bir siyasi və hərbi təzyiq vasitəsinin qalmadığı Azərbaycan yaratdı. İlham Əliyev bu Azərbaycanla regionun ən güclü lideri olaraq dünyanın bir nömrəli ofisinə getdi, əl sıxışdı və sülh imzalamağa hazır olduğunu bildirdi.

O bacardı, Azərbaycan qazandı!

Əliyev Azərbaycana “böyük qardaşlıq” etmək istəyənlərin hamısını tərəfdaşa çevirdi. Çevrilmək istəməyənlərə də məhz bunu anlatmağa çalışır. Azərbaycana “böyük qardaş” lazım deyil, Şərqin ilk Cümhuriyyəti öz taleyini özü həll edir. Kim istəsə tərəfdaş ola bilər.

İlham Əliyev ötən əsrin sonlarında atəşkəs istəyən, mərhəmət istəyən, ATƏT-in Minsk Qrupundan, Avropa Şurasından, dünyanın fərqli paytaxtlarından ədalət istəyən ölkəyə ədaləti özü qazandırdı! Bizə ədalətli davranmadılar, bizə mərhəmət etmədilər, bizə haqqımızı vermədilər! Biz ədaləti bərpa etdik, biz ədaləti qazandıq, biz haqqımızı aldıq!

İlham Əliyev 250 ildən sonra tarixin təkərini döndərdi. Bu bölgəyə sülh gəlməsi üçün mümkün olanın ən yaxşısını etdi. Olanların ən yaxşısı oldu!

Vüsalə Mahirqızı

# 134 dəfə oxunub

Oxşar xəbərlər

Pandemik mələk - Orxan Fikrətoğlunun yeni hekayəsi

Pandemik mələk - Orxan Fikrətoğlunun yeni hekayəsi

16:00 9 avqust 2025
Məşhur müğənni  konsertini ləğv etdi

Məşhur müğənni konsertini ləğv etdi

14:50 9 avqust 2025
Tarixi Kordova Katedralında baş verən yanğının qarşısı alındı

Tarixi Kordova Katedralında baş verən yanğının qarşısı alındı

14:20 9 avqust 2025
Məşhur “Alisa möcüzələr ölkəsində" animasiyasının kinooperatoru vəfat etdi

Məşhur “Alisa möcüzələr ölkəsində" animasiyasının kinooperatoru vəfat etdi

14:00 9 avqust 2025
Prezident İlham Əliyevin ABŞ səfərinin nəticələri ilə bağlı  mediaya müsahibəsi

Prezident İlham Əliyevin ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsi

14:00 9 avqust 2025
Sevilən aktrisa tanınmaz hala düşdü

Sevilən aktrisa tanınmaz hala düşdü

13:50 9 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər