“Nağılların audiovizual təqdimatı” layihəsi “Məlikməmməd” nağılı ilə davam etdi

“Nağılların audiovizual təqdimatı” layihəsi “Məlikməmməd” nağılı ilə davam etdi
2 yanvar 2025
# 10:25

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Dövlət Kukla Teatrının dəstəyi ilə “Nağılların audiovizual təqdimatı” layihəsi çərçivəsində bu dəfə “Məlikməmməd” nağılı təqdim olunub.

Kulis.az xəbər verir ki, layihənin məqsədi qədim və müasir nağılların gələcək nəsillərə ötürülməsi, dilimizin inkişafı və qorunması, həmçinin, uşaqların dünya görüşünü, düşüncə tərzini, təxəyyül gücünü zənginləşdirmək, onlarda ədəbiyyata, teatra qarşı maraq yaratmaqdır.

Məşhur Azərbaycan xalq nağılı olan “Məlikməmməd” ideya və mövzu baxımından cəsarəti, dürüstlüyü, mübarizliyi tərənnüm edir. Dinamik və patriotik süjet xəttinə malik təqdimatın hazırlanmasında Azərbaycan Dövlət Kukla Teatrında səhnələşdirilən tamaşanın kadrlarından istifadə olunub.

Layihə çərçivəsində bir çox qədim və müasir nağılların audiovizual təqdimatları nəzərdə tutulub.

Xatırladaq ki, “Nağılların audiovizual təqdimatı” layihəsinin ilk nümunəsi Xanımana Əlibəylinin “Dovşanın ad günü” nağıl-poeması olub.

# 2725 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər