Müşfiq 1937-ci ildə keçirilən o iclasda niyə ağlamışdı? - Şahid gündəliyi üzə çıxdı - İlk dəfə

Müşfiq 1937-ci ildə keçirilən o iclasda niyə ağlamışdı? - Şahid gündəliyi üzə çıxdı - İlk dəfə
29 sentyabr 2021
# 15:01

Kulis.az tanınmış tərcüməçi Beydulla Musayevin (1907-1971) gündəliyindən “21 aprel 1937-ci il” adlı hissəni təqdim edir.

Yeni il çox yeniliklər gətirdi. “Azərnəşr”in direktoru Əsəd Axundovun kabinəsinə çağırılmış yazıçılar, redaktorlar yığıncağında Səməd Vurğunun bir az da qüvvətli xarakteristikası üzrə məni bədii əbəbiyyat şöbəsinin müdir müavini götürməli oldular. Yeni adam - Şamilov Ələkbərlinin yerinə gəlmiş adam - razılıq verdi. Etiraz etməməsinə səbəb vardı. Məqaləsini tənqid etmiş, qəzetə buraxmamışdım.

No description available.
Mikayıl Müşfiq

O zamandan yeni vəzifədə işləyirəm. Eyni zamanda redaktoram. “Nağıl və dastanlar” və b. kitabları redaktə etdim. Lakin müavinlik məsələsi çox vaxt aldığından və şöbədə fikri iş üçün variant olmadığından iki dəfə çıxmaq üçün ərizə verdim. Rədd edildi...

...Bir neçə gün əvvəl də Sabit Rəhman məni “Azərkino”ya resenziya yazmağa çağırdı. İşimin çoxluğuna baxmayaraq, bir vətəndaş kimi, kino işlərini yüksəltmək məqsədi ilə xahişi qəbul etdim. Bir ssenariyə ətraflı resenziya yazdım. Dubinskilər qohum-əqrəbasını, dostunu, bir sözlə julikləri başına toplayıb “Azərfilm”i talayıb, çapırmış. Milyonlar yemişlər. Mən bizim baş idarəyə təəccüb edirəm...

Əhməd Cavad — Vikipediya
Əhməd Cavan

Mənim resenziya yazdığım axmaq bir şeyə, antisovet, əksinqilabi bir zibilə 10 min qabaqcadan almış... Belələri tək deyil. S.Rəhman və M.K. (Məmməd Kazım - red.) indi “Azərfilm”i zibillərdən təmizləyir. Yazıçıları cəlb edir. Dubinskiləri “Azərfilm”də işləyən julikləri görəndə insan heyrət edir. Bu qədər də həyasızlıq, qanmazlıq olarmış.

...5 gündür ki, Yazıçılar İttifaqının plenumu gedir. Plenum əsasən Moskvada Puşkin yubileyinə həsr edilmiş plenuma həsr olunsa da söhbətləri ədəbiyyatımızda bir neçə adamların işi ətrafında gedir:

Yusif Vəzir Çəmənzəminli - Photo #513 - AzKataloq | Azərbaycanın Onlayn  Foto və Sənəd Arxivi
Yusif Vəzir Çəmənzəminli

Ə.Cavad (Əhməd Cavad – red.),
Y.Vəzir (Yusif Vəzir Çəmənzəminli- red.),
S.Hüseyn (Seyid Hüseyn – red.) və
M.Müşfiq (Mikayıl Müşfiq- red.).

Bunlar haqqında həmçinin “Yeni yol”da, həm “Kmmunist”də məqalə çıxmışdı. Burada Əhməd Cavad, Yusif Vəzir və Seyid Hüseyni əsasən sovet tematikasına yaxınlaşmamaqda, müsavat firqəsini ifşa etməməklə töhmətləndirirlər. Haqlı töhmətdir. Aydın görünür ki, bu adamlar keçmişindən əl çəkə bilmirlər. Xüsusən Ə.Cavad. Lakin M.Müşfiqin onlara qatılması haqsızlıqdır. Bunu hamı etiraf etdi.

Ələsgər Əhməd - L-Fira » Ədəbiyyat.AZ - Ədəbi yazılar, məqalələr, son  xəbərlər, kitablar, poeziya
Seyid Hüseyn

Plenumda Müşfiqin çıxışı oldu. Ədəbiyyat tariximiz bu çıxışı qeyd edəcək, Müşfiq çox səmimiyyətlə məruzəsində, dünyabaxışında olan təzadları boynuna aldı. “Beynim irəli aparırsa, bəzən qəlbim buna mane olur” – dedi – “Ancaq məni yandıran bir şeydir: məni ölkəmin ögey oğlu kimi qarşılayırlar. Həm məni...” Səsi titrədi, gözləri yaşardı.

Müşfiq çıxışının səmimi olduğunu hamı etiraf etdi. Çıxışında əvvəldən axıra kimi hamını sarsıtdı, çoxlarının gözü yaşardı. Mən də onlardan biri oldum. Onun buraxdığı dərin, sarsıdıcı təsir ömrüm olduqca yadımdan çıxmaz. Çıxışını yazmış olduğu rübailəri oxumasilə qurtardı.

P.S. Gündəliyi redaksiyamıza professor Bədirxan Əhmədov təqdim edib. Onu bütövlükdə “Azərbaycan” jurnalından oxuya bilərsiniz.

# 6800 dəfə oxunub

Oxşar xəbərlər

Nadir Yalçının “Lal ev”  hekayələr kitabının təqdimatı oldu

Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı oldu

19:35 20 dekabr 2025
Qardaşının ölümünü gizlədilər, həkimlər ona övlad qadağası qoydu - Anarın həyatdakı "Təhminə"si

Qardaşının ölümünü gizlədilər, həkimlər ona övlad qadağası qoydu - Anarın həyatdakı "Təhminə"si

14:14 20 dekabr 2025
"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

12:00 20 dekabr 2025
Meyxanaçı Kərim dəfn edildi

Meyxanaçı Kərim dəfn edildi

11:49 20 dekabr 2025
Anadan gizli evlilik, övlad itkisi və yarımçıq qalan sevda – Nizami Rəmzi kimdir?

Anadan gizli evlilik, övlad itkisi və yarımçıq qalan sevda – Nizami Rəmzi kimdir?

11:06 20 dekabr 2025
Yutubun fəaliyyətində problemlər yaranıb

Yutubun fəaliyyətində problemlər yaranıb

10:02 20 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər