“MTV” və “Dünya TV” kanallarının yayımı 3 saatlıq dayandırılacaq

“MTV” və “Dünya TV” kanallarının yayımı 3 saatlıq dayandırılacaq
5 fevral 2025
# 17:53

5 fevral tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının son günlərdə "MTV" və "Dünya TV" kanallarında aşkarlanan pozuntu faktlarına həsr olunmuş video-formatda iclası keçirilib.

Kulis.az xəbər verir ki, 03 fevral 2025-ci il tarixində, saat 21.28-də "MTV" kanalının efirində yayımlanan "Doktor Seyfəddin Əsəd Klinikası"na aid reklam çarxında həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməmiş, bununla da "Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin tələbləri pozulub.

Həmçinin, həmin reklam materialında "Dünyada miqren xəstəliyinin müalicəsi yalnız bizdədir" ifadəsindən istifadə olunmuş və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozularaq haqsız reklama yol verilib.

Bundan əlavə, 03 fevral 2025-cü il tarixində, saat 19.40-da "Dünya TV" kanalının efirində yayımlanan "Sabirabad Klinikası"na aid reklam çarxında da həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməmiş, bununla da "Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin tələbi pozulub.

Müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq hər iki televiziya kanalının proqramlarının 7 fevral 2025-ci il tarixində, saat 08.00-11.00 arası 3 saatlıq dayandırılması haqqında müvafiq qərarlar qəbul edilib.

# 2654 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər