Mədəniyyət Nazirliyinin müvafiq informasiya sistemləri “Hökumət buludu”na miqrasiya edildi

Mədəniyyət Nazirliyinin müvafiq informasiya sistemləri “Hökumət buludu”na miqrasiya edildi
27 dekabr 2023
# 10:13

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası” çərçivəsində ölkədə “Elektron hökumət”in inkişafı, “rəqəmsal hökumət”ə keçidin təmin edilməsi, dövlət qurumlarının informasiya texnologiyalarına, elektron xidmətlərin yaradılmasına və göstərilməsinə tələb olunan dövlət xərclərinin optimallaşdırılması, informasiya sistemlərinin fəaliyyətinin daha müasir standartlar əsasında keyfiyyətli, dayanıqlı və təhlükəsiz infrastrukturda təşkilinin təmin edilməsi, vətəndaşların bu imkanlardan sərbəst istifadəsi məqsədilə “bulud” texnologiyasının tətbiqi məqsədəuyğun hesab edilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu xüsusda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”na əsasən Mədəniyyət Nazirliyi tərəfindən zəruri fəaliyyət həyata keçirilib.

Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində müvafiq resursların (sistem, ehtiyat və reyestrlər) birgə auditi aparılmış, audit nəticələrinə uyğun olaraq “Hökumət buludu” tələblərinə inteqrasiya təmin edilmiş və “Hökumət buludu”na miqrasiya edilməsi üçün virtual mühit hazırlanaraq müvafiq resursların “Hökumət buludu” (“G-Cloud”) infrastrukturuna miqrasiyası təmin edilib.

Mədəniyyət Nazirliyi tərəfindən cari ildə təsdiq edilmiş “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində “Hökumət buludu”na miqrasiya üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlyinin tabeliyində olan “AzInTelecom” MMC-nin təqdim etdiyi “IaaS” (Ifrastructure-as-a-Service) bulud infrastrukturu xidməti əldə edilib.

# 2048 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
Süni intellekt aktrisası "nasazladı"

Süni intellekt aktrisası "nasazladı"

16:00 21 sentyabr 2026
Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

15:30 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər