Mədəniyyət Nazirliyində islahatlar aparılır

Mədəniyyət Nazirliyində islahatlar aparılır
22 noyabr 2021
# 14:40

"Mədəniyyət Nazirliyinin aparat strukturu təsdiqlənib, yenilənmələr var".

APA-nın məlumatına görə, bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.

Nazir müavini qeyd edib ki, yenilənmənin məqsədi müasir çağırışlara cavab verməkdir: "Mədəniyyət Nazirliyində artıq Strateji inkişaf və layihə idarəedilməsi şöbəsi təsis edilib. Eyni zamanda biz istəyirik ki, layihəyönümlü yanaşma, koorporativ idarəçilik tətbiq edilsin ki, konkret məqsədlər və hədəflərə yönümlü bir idarəçilik olsun".

E.Əliyev deyib ki, növbəti mərhələdə Mədəniyyət Nazirliyinin sistemində islahatlar aparılmalıdır: "Birinci hüquqi islahatlardır ki, bəzi müəssisələrdə hüquqi status tam formalaşmayıb. Bu da müəssisələrin fəaliyyətinə maneə törədir. İkinci istiqamətdə struktur dəyişiklikləri nəzərdə tutulur. Üçüncü istiqamət isə insan kapitalının inkişaf etdirilməsidir. Bunların ən yaxşı nümunəsi Azərbaycan Kino Agentliyidir. Bu yaxınlarda razılaşdırma prosesini yekunlaşdıracağıq. Bunun məqsədi kino kimi çox əhəmiyyətli sahənin tənzimlənməsi, sərmayələrin cəlb edilməsini təmin etməkdir. Eyni zamanda Azərbaycanın dünya kino səhnəsi kimi inkişaf etdirilməsidir. Biz Azərbaycanın kino çəkilişi baxımından çox maraqlı səhnə olmasını sübut etməliyik. Bu mövcud infrastrukturun aktivlərinin düzgün formatda çəkilib təqdim edilməsidir".

# 2811 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər