Markes Servantesi geridə qoydu

Markes Servantesi geridə qoydu
29 mart 2023
# 14:00

“Yüz ilin tənhalığı”, “Qırmızı bazar ertəsi” və “Vəba dövründə məhəbbət” romanları ilə yadda qalan Qabriel Qarsia Markes ispan dilindən ən çox tərcümə olunan yazıçı olub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bununla da kolumbiyalı yazıçı Qabriel Qarsia Markes ispan dilinin ən böyük yazıçısı biri kimi tanınan Migel de Servantesi geridə qoyub.

Bu haqda məlumat ispan dilini və mədəniyyətini bütün dünyada təbliğ edən Servantes İnstitutunun yeni araşdırma başlamasından sonra ortaya çıxıb.

483 dildə yazılmış təxminən 550 milyon biblioqrafik qeydi araşdıran institut 1950-ci ildən bu günə qədər ispan dilindən ərəb, çin, ingilis, fransız, alman, italyan, yapon, portuqal, rus və isveç dillərinə tərcümə edilmiş əsərləri təhlil edib.

2000-2021-ci illər arasında ispan dilindən ən çox tərcümə edilən müəlliflər siyahısında birinci yeri tutan Nobel mükafatı laureatı Qarsiya Markes İzabel Allende, Xorxe Luis Borxes, Mario Varqas Llosa, Karlos Ruiz Zafon, Arturo Peres-Reverte, Luis Sepulveda, Roberto Bolano və Xavyer Marias kimi imzaları da geridə qoyub.

Qeyd edək ki, bundan öncəki nəticələrin hamısında Markes birinciliyi Servantesə uduzub.

# 2926 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər