Lənkəran teatrı mövsümü üç yeni tamaşa ilə başa vurur

Lənkəran teatrı mövsümü üç yeni tamaşa ilə başa vurur
20 iyul 2023
# 13:30

Lənkəran Dövlət Dram Teatrı mövsümü üç yeni tamaşa ilə başa vurur. Bunlar “Yaşayan ölü” (müəllif Könül Məmmədova, rejissor Anar Babalı), “Müqəssir” (müəllif Əbdürrəhim bəy Haqverdiyev, rejissor Abdulla Elşadlı) və “Cəmilə” (müəllif Çingiz Aytmatov, rejissor İmran Əli Qurban) tamaşalarıdır.

Kulis.az xəbər verir ki, bu üçlükdən ikisi (“Müqəssir” və “Cəmilə”) daxili baxışdan sonra artıq repertuara daxil edilib.

Teatrda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Q.Nəcəfzadənin “İki 23 arasında” (quruluşçu rejissor Emil Əskərov) pyesi də səhnələşdirilir. Premyera yeni mövsümün ilk ayına (sentyabr) nəzərdə tutulub.

Teatrın istehsalatında iki monotamaşa da var. Bunlardan biri Avstriya dramaturqu Piter Turrininin “Bu da axırı” pyesinin motivləri əsasında hazırlanan və ilk baxışı bu günlərdə olan eyniadlı tamaşa (rejissor Abdulla Elşadlı) və oktyabr ayında təhvili gözlənilən Təranə Vahidin “Mən toz dənəsiyəm” (rejissor Emil Əskərov) əsərinin tamaşasıdır.

Teatrın bölgədəki tamaşaçılar qarşısında çıxışları da intensivləşib və bununla bağlı xüsusi layihə hazırlanıb. İyun ayından “Heydər Əliyev İli” və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə “Uçan səhnə” adlı layihəyə start verilib. Layihə çərçivəsində ilk tamaşa iyunun 8-də Lənkəran rayonunun Bəliton kəndində göstərilib.

Kollektiv Məmmədhüseyn Əliyevin “Prokuror” (quruluşçu rejissorlar Oruc Qurbanov və Anar Babalı) tamaşası ilə Biləsuvar rayonunda da səfərdə olub.

Qeyd edək ki, teatr cari mövsümünü də səfərdə başa vurub. “Prokuror” tamaşası iyulun 17-də lerikli teatrsevərlər üçün nümayiş olunub.

# 1720 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər