Kimi Şah İsmayılı “neprav” çıxarır, kimi də Sultan Səlimi... - Etimad Başkeçid

Etimad Başkeçid

Etimad Başkeçid

19 may 2025
# 13:48

Kulis.az Etimad Başkeçidin yeni yazısını təqdim edir.

Tarix felin lazım formasında fikir yürütməyi sevmir: nə bilim, filan vaxt filan şey filan cür olsaydı, bu gün bilmirəm nə olardı...

Təxminən “nənəmin şeyi olsaydı, ona baba deyərdim” kimi.

Doğrudur, Jan Bodriyar və Qi Debor kimi həşmətli filosoflar buyurur ki, biz simulyakrlar dövründə yaşayırıq – reallığı işarələr və obrazlarla əvəzləməyə çalışırıq, yəni olmayan şeylərdən kopya çəkirik, danışırıq, bu zaman orijinal varmı, yoxmu, heş kəsi maraqlandırmır.

Amma yenə də tarixi hadisələrə bu günün mənəvi imperativləri, dini, siyasi görüşləri və s. çərçivəsində qiymət vermək, tarixi konteksti tamamilə “yaddan çıxarmaq” “tupoy”luq əlamətidir (Nizami Cəfərova demək lazımdır, bu sözü də lügətə salsın).

Məsələn, insan haqları ilə bağlı müasir ideyalar nəyi diqtə edir: quldarlıq, kolonializm yaxşı iş deyil, halbuki vaxtilə bunlar norma, hətta mədəni missiya sayılırdı.

Yaxud, Napoleonu BMT standartlarına görə təcavüzkar elan etmək doğru olmaz, çünki onun zamanında müasir beynəlxalq hüquq deyilən nəsnə yoxdu.

Belə misalların sayını özünüz də artıra bilərsininz.

Sözü Çaldıran döyüşü məsələsinə gətirirəm.

Hər şeydən öncə bilmək lazımdır ki, biz “hamının hamıya qarşı” vuruşduğu dövrlərdən danışırıq.

“Müqəddəs müharibə”lərin aparıldığı, savaşın ekspansiya və şan-şöhrətə çatmaq üçün ən təbii vasitə sayılıdıgı ol zamanlardan.

O vaxtlar insanları bir-birinə qırdıran hökmdarların çoxunun adına bir “Böyük” epiteti də qoşurdular. Onlardan biri Böyük Fridrix yaxın ətrafına səmimi etiraf edir ki: “Əsgərlər nə üçün vuruşdugumuzu bilsəydi, bir müharıbə də başlada bilməzdik”.

Sözüm onda deyil, demək istəyirəm ki, yüzillər boyu almanlar almanlara, fransızlar fransızlara, ruslar ruslara qarşı vuruşub. Burada vətəndaş müharibələrindən danışmıram, bunların sayı-hesabı yoxdur. Prussiya krallığı və Avstiya imperiyası kimi aparıcı alman dövlətlərinin apardığı qanlı müharibələr, Normandiya, Akvitaniya, Burqundiya hersoqluqları ilə fransız kralı arasındakı dava-qırgın, faktiki olaraq müstəqil dövlətlər olan Çerniqov, Vladimir, Suzdal və b. rus knyazlıqlarının bir-birinin qanına yerikləməsi, Venesiya, Florensiya respublikaları, Milan hersoqluğu, Siciliya krallığı və s. kimi italyan dövlətlərin bir-birini qırıb-çatmasından söhbət gedir.

Eyni xalqların içərisində gedən məzhəb, dini savaşlar barədə ayrıca danışmaq olar.

Demək istəyirəm ki, o zamanlar millətçilik, milli dövlət-filan kimi məsələlər yoxdu və tarixdə təkcə türklər bir-birinə qarşı vuruşmayıb.

İş də burasındadır ki, bəlkə də, bir-birinə qarşı ən az vuruşanlar elə türklər olub.

Tarixdə çox şeylər olub.

Amma siz bu gün bir almanın hansısa böyük almanı özünün babası, özünü də onun varisi elan edib, digər almana qarşı hətərən-pətərən danışdığının şahidi olursunuzmu?

Yox!

Digər xalqlar da eləcə. Niyəsi də bəllidir, çünki onlar tarixə tarix kimi yanaşır, yuxarıda qeyd etdiyimiz meyarlar üzrə.

Amma Türkiyədə və bizdə belələrinin sayı yetərincədir: kimi Şah İsmayılı “neprav” çıxarır, kimi də Sultan Səlimi.

Adamın gülməyi gəlir.

Avropalı isə, gülməyini saxlamır...

# 1778 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər