Keti Holms ərəb kinorejissorlarına təlim keçəcək

Keti Holms ərəb kinorejissorlarına təlim keçəcək
18 may 2023
# 17:00

Aktrisa Keti Holms Kann Film Festivalı zamanı Səudiyyə Ərəbistanından olan kinorejissorlar üçün təlim proqramında iştirak edəcəyini açıqlayıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, ərəb film şirkəti Film AlUla ilə birlikdə Holms il ərzində hazırlayacağı üç rejissor seçəcək. Onlar filmin çəkiliş konsepsiyasını təqdim edəcəklər. Ən yaxşı konseptlər üzrə çəkilişlər 2024-cü ildə başlayacaq.

Ərəb studiyası vurğulayıb ki, Holms “kino çəkilişini başa düşmə dərinliyi, lazımi nizam-intizam və tələbələrə həm ilham, həm də praktiki bacarıqlar verəcək xüsusi baxış” üçün seçilib.

Qeyd edək ki, 1983-cü ildən 2018-ci ilə qədər 35 il ərzində Səudiyyə Ərəbistanında kinoteatrların cəmiyyətə zərərli təsir göstərdiyi iddia olunaraq fəaliyyətləri qadağan edilib. Qadağa aradan qaldırıldıqdan sonra Səudiyyə Ərəbistanında rəsmi olaraq nümayiş etdirilən ilk film "Qara Pantera" komiksi olub. Lentdən cəmi 40 saniyəlik öpüşmə səhnəsi kəsilib.

# 2274 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

12:49 7 avqust 2026
Damla-damla yoxa çıxan zövqümüz...  — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

Damla-damla yoxa çıxan zövqümüz... — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

12:30 7 avqust 2026
Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər