Juja Perelinin “Həqiqət çərçivəsindən kənar” adlı fərdi sərgisi açıldı

Juja Perelinin “Həqiqət çərçivəsindən kənar”  adlı fərdi sərgisi açıldı
12 fevral 2026
# 12:50

Fevralın 11-də Azərbaycan Milli Xalça Muzeyində tanınmış macar qobelen ustası Juja Perelinin “Həqiqət çərçivəsindən kənar” adlı fərdi sərgisinin açılış mərasimi olub.

Kulis.az xəbər verir ki, tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma, Macarıstan hökumətinin komissarı Peter Hoppal çıxış ediblər.

Natiqlər Juja Perelinin zəngin yaradıcılıq yolundan bəhs edərək, onun müasir qobelen sənətinə verdiyi mühüm töhfələri xüsusi vurğulayıblar. Qeyd olunub ki, sərgi Azərbaycan ilə Macarıstan arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Sonra tanınmış qobelen ustası Juja Perelinin qonaqlara ünvanlanan videomüraciəti nümayiş olunub. Həmçinin tarzən İbrahim Babayevin ifası dinlənilib.

Sərgidə tekstil sənətinin aparıcı nümayəndələrindən sayılan Juja Perelinin dünyagörüşünü, yaradıcı potensialını və yüksək peşəkarlığını əks etdirən 29 əsəri nümayiş olunur.

Müəllifin ipək, yun və pambıq materialların sintezindən ərsəyə gətirdiyi qobelenlərdə insan və təbiət münasibətləri, kainat, zaman, yaddaş, əbədiyyət və s. mövzular mifoloji obrazlar və abstrakt motivlərlə üzvi şəkildə birləşdirilərək təqdim edilir. Onun dərin fəlsəfi məzmunu, mükəmməl kompozisiyası, zəngin kolorit həlli ilə seçilən əsərlərində həm klassik Avropa qobelen ənənələri qorunur, həm də yeni materiallar, texnikalar və fərqli yaradıcı yanaşmalarla bu sənətin sərhədləri genişləndirilir. Juja Perelinin qobelenləri maddi və qeyri-maddi aləm arasında vasitəçi rolunu oynayaraq, sözlə çətin ifadə olunan duyğuları və mənəvi reallıqları simvollar vasitəsilə tamaşaçıya çatdırır. Bu xüsusiyyətlər müasir qobelen sənətində özünəməxsus yeri olan rəssamın əsərlərinə individuallıq və ölməzlik qazandırır.

2001-ci ildə Juja Pereli qobelen sənətinin mərkəzi sayılan Fransanın Obüsson şəhərində fərdi sərgi keçirən ilk xarici sənətkar olub. Onun əsərləri müxtəlif ölkələrin muzey və şəxsi kolleksiyalarında saxlanılır.

Azərbaycan Milli Xalça Muzeyi, Macarıstan Mədəniyyət və İnnovasiya Nazirliyi və Kovaç Qabor İncəsənət Fondunun təşkilatçılığı ilə keçirilən sərgi mədəniyyətlərarası əməkdaşlığın inkişafına, tekstil sənətinin çağdaş tendensiyalarının tanıdılmasına mühüm töhfədir.

Sərgi fevralın 28-dək davam edəcək.

# 403 dəfə oxunub

Oxşar xəbərlər

Yalçın Küçük vəfat etdi

Yalçın Küçük vəfat etdi

16:27 6 aprel 2026
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu

Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu

15:53 6 aprel 2026
"İsa dirildi..." - Pasxa bayramı niyə fərqli tarixlərdə qeyd olunur?

"İsa dirildi..." - Pasxa bayramı niyə fərqli tarixlərdə qeyd olunur?

15:00 6 aprel 2026
Macarıstanda Van Qoqa aid olduğu ehtimal edilən tablo tapıldı

Macarıstanda Van Qoqa aid olduğu ehtimal edilən tablo tapıldı

14:30 6 aprel 2026
Paradiqma.az saytı təsis olundu

Paradiqma.az saytı təsis olundu

14:27 6 aprel 2026
Almaniyada həvəskar "arxeoloq" tarixi qalaya zərər yetirdi

Almaniyada həvəskar "arxeoloq" tarixi qalaya zərər yetirdi

14:00 6 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər