İsveçli rejissorun “Xarıbülbül əfsanəsi” filmi nümayiş etdirildi

İsveçli rejissorun “Xarıbülbül əfsanəsi” filmi nümayiş etdirildi
27 dekabr 2022
# 13:30

Azərbaycanın Dubaydakı Baş konsulluğunda ölkəmizin İsveçdəki səfirliyinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının və Mədəniyyət Nazirliyinin dəstəyi ilə lentə alınmış "Xarıbülbül əfsanəsi" sənədli filmi nümayiş etdirilib.

Kulis.az xəbər verir ki, isveçli fotoqraf və rejissor Mikael Silkeberqin bu ekran əsərinin nümayişindən əvvəl “Şuşa İli” çərçivəsində filmin Dubayda təşkil olunmuş təqdimatında baş konsulluğun əməkdaşları, bu şəhərdə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Məlumat verilib ki, yaradıcı heyət tərəfindən Şuşada çəkilişlər aparılıb və şəhərin tarixi, musiqi və ədəbi mühiti barədə bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərindən müsahibələr alınıb. Filmdə, həmçinin görkəmli elm və mədəniyyət xadimlərinin Qarabağ və onun tacı Şuşa haqqında fikirləri, eyni zamanda, tarixi şəxsiyyətlər barədə kadrlar yer alıb. Qərb alimlərinin Şərq mədəniyyəti, Azərbaycan ədəbiyyatı, musiqisi, muğam sənəti və əsrarəngiz təbiəti ilə bağlı düşüncələri də filmin əsas xəttini təşkil edir.

# 2508 dəfə oxunub

Oxşar xəbərlər

Sərdar Ortac  xəstəxanaya yerləşdirildi? - İddia

Sərdar Ortac xəstəxanaya yerləşdirildi? - İddia

13:50 7 avqust 2026
Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

12:49 7 avqust 2026
Damla-damla yoxa çıxan zövqümüz...  — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

Damla-damla yoxa çıxan zövqümüz... — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

12:30 7 avqust 2026
Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər