İsrafil İsrafilovun yeni kitabı təqdim olundu

İsrafil İsrafilovun yeni kitabı təqdim olundu
7 may 2026
# 10:25

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində sənətşünaslıq elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi İsrafil İsrafilovun Türkiyədə çap olunmuş "Stanislavski ve Oyunculuk sanatının grameri" ("Stanislavski və aktyor sənətinin qrammatikası") kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, təqdimat mərasimində müəllif İsrafil İsrafilov, tərcüməçilər Ali Asker və Mahire Asker, Elm və yaradıcılıq işləri üzrə prorektor Sədaqət Əliyeva, universitetin professor-müəllim heyəti, Teatr sənəti fakültəsinin tələbələri iştirak ediblər.

Kitabın tərcüməçilərindən olan Karabük Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru Ali Asker çıxışında bu kitaba Türkiyə ali məktəblərində böyük ehtiyac olduğunu vurğulayıb. O bildirib ki, indiyə qədər Stanislavksi sistemi, yaradıcılığı haqqında türk teatr xadimlərinin məlumatları səthi, qarışıq olub. Bu səbəbdən Türkiyənin teatr təhsili verən ali məktəbləri tərcümənin nəşrini sevinclə qarşılayıblar.

Tədbirdə iştirak edən ADMİU-nun professorları Aydın Talıbzadə, Əli Əmirli, Gülşad Baxşıyeva, Azad Şükürov, Məmmədsəfa Qasımov, Teatr sənəti fakültəsinin dekanı dosent Kəmalə Mehdiyeva müəllif İsrafil İsrafilov haqqında dəyərli fikirlərini səsləndirib, onun bu kitab üzərində çəkdiyi zəhmətin dəyərini vurğulayıblar.

Sonda çıxış edən müəllif kitabın yazılma ideyasından, məqsədindən müraciət etdiyi mənbələrdən danışıb. O, kitaba qonşu ölkələrdə olan yüksək maraqdan bəhs edib.

Qeyd edək ki, daha öncə Azərbaycan dilində çap olunmuş sözügedən kitab ötən il İranda fars dilində də işıq üzü görüb. Hazırda Özbəkistanda da kitabın özbək dilində tərcüməsi üzərində iş gedir.

# 967 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər