İslam ağlaşma dinidir

İslam ağlaşma dinidir
12 iyun 2023
# 11:45

Kulis.az Aqşin Yeniseyin yazısını təqdim edir.

Ömrünü Mənsur Həllacla İsa peyğəmbər, Hz. Fatimə və Məryəm ana ikonaları arasındakı oxşarlıqların tədqiqinə həsr etmiş fransız islamşünası Lui Massinon - təəssüf ki, Azərbaycanda adını bilənə, Türkiyədə tərcümə olunmuş kitabına rast gəlmədim - islamın cihadla yanaşı, həm də ağlaşma dini olduğunun səbəblərini islamın ərəb dilinə təsirinə bağlayır.

Necə? Ərəblər İsmayılın soyundan gəldiklərinə inanırdılar. Məhəmməd peyğəmbər hədislərin birində İsmayılı özünün ulu babası adlandırır.

İsmayıl İbrahim peyğəmbərin arvadı Saranın kənizindən olan oğlu idi. O dövrdə isə Şərqdə sosial münasibətlər nəsildən-nəsilə ötürülmüş Hammurapi qanunları ilə tənzimlənirdi. Necə ki, indi nəsildən-nəsilə ötürülən Roma hüququna istinad olunur.

Sonradan redaktə olunub Şəriət hökmləri halına salınmış Hammurapi qanunlarına görə, övladı olmayan qadınlar öz ərləri üçün kölə qadın tapmalıyıdılar. Övladı olmayan Sara da öz kənizi Həcəri uşağı olsun deyə əri İbrahimə verir.

Sonra yüzə yaxın yaşları olanda allah İbrahimə Saradan oğlu olacağını deyir. Qoca ər-arvad buna gülürlər. Uşaq doğulur və adını İsaq qoyurlar. "İsaq" ibranicədə "gülmək" anlamına gəlir.

İsaq doğulandan sonra çox güman mirasa sahib olmasın deyə Sara kənizi Həcəri oğlu İsmayılla birlikdə evdən qovdurur.
Həcərin və oğlu İsmayılın qara günləri başlayır.

Massinon deyir ki, ərəblər İsmayılı Ata olaraq mənimsədikləri kimi, onun acınacaqlı taleyini, anası Həcərin göz yaşlarını da mənimsədilər. İsmayılın ağlamalı taleyi islamın daxili quruluşuna hopdu. Daha sonra eyni şey şiələrin Hüseyinin taleyinə istinadında da özünü göstərdi.

İsmayılın taleyi ərəblərə, ərəblərin atalarının halına acımaları islama, islamın strukturu isə ərəb dilinə bir ağlaşma, bir mərsiyyəçilik, bir muğam naləsi gətirdi. Bunu Massinon yazır. Buradan biz özümüzə aid ibrəti almalıyıq.

Siz mədəniyyətin mərkəzinə bayatı, muğam kimi məğlub taleyi ifadə edən mənəvi bir ölçü qoysanız və bunu nəsildən-nəsilə ötürsəniz zaman keçdikcə bu ölçü, bu ah-uf bir kültür psixologiyasına çevrilib kollektiv ruh halını alar.
Və siz varlığınızı ifadə edən bu məğlub ruhu canlı saxlamaq üçün qəsdən tarixinizdə sizə məğlubiyyət gətirəcək boşluqlar buraxarsınız. Necə ki, neqativdən güc alan insanlar özlərinin neqativ asılılığını ödəmək üçün ən yaxşı şeylərdə də pis bir əlamət axtarar, tapmayanda qəsdən özləri yaradarlar.

Zamanla bu ağlaşma ehtiyacı sizin dilinizə, dilinizdən də bütün mədəniyyətinizə yayılar. Psixoloji elementin mədəniyyətə gəlişi və gedişi uzunmüddətli bir prosesdir.

İsanın taleyindən doğan ağlaşmanın Bizans mədəniyyətinə hopması üç əsrdən çox çəkdi və asta-asta Bizansı yox etdi. Sabir bir şeirində Qacar İranının viran olmasını da mədəniyyətə hopmuş kollektiv ağlaşma ruhuna bağlayırdı və s.

# 9429 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Şəfiqə Məmmədova ilə görüş oldu

Xalq artisti Şəfiqə Məmmədova ilə görüş oldu

18:35 30 aprel 2025
Bəs siz bu romanları oxumusunuz? - Dünyanın ən çətin oxunan 5 romanı

Bəs siz bu romanları oxumusunuz? - Dünyanın ən çətin oxunan 5 romanı

18:10 30 aprel 2025
Fotoqraf model sevgilisini boğub öldürdü

Fotoqraf model sevgilisini boğub öldürdü

17:41 30 aprel 2025
“Welcome to Azerbaijan”  kitabının təqdimatı oldu

“Welcome to Azerbaijan” kitabının təqdimatı oldu

17:00 30 aprel 2025
Vaqif Bəhmənli ilə görüş keçiriləcək

Vaqif Bəhmənli ilə görüş keçiriləcək

16:35 30 aprel 2025
"Dallas"ın ulduzu vəfat etdi

"Dallas"ın ulduzu vəfat etdi

15:58 30 aprel 2025
# # #