İngilislər osmanlıları siqaretlə necə məğlub etdilər? - Zaur Əliyev

İngilislər osmanlıları siqaretlə  necə məğlub etdilər? - Zaur Əliyev
22 aprel 2025
# 18:35

Kulis.az dosent Zaur Əliyevin "İngilis bicliyi, Osmanlı saflığı, bir siqaret" yazsını təqdim edir.

Fotoda Britaniya imperiyasının casus və soyuqqanlı qatil Riçard Maynertshaqendir.

Birinci Dünya müharibəsi illərində "Kral Afrika Atıcıları" ilə birlikdə Şərqi Afrikada alman qoşunları ilə bir neçə döyüşdə iştirak etmiş və 1917-ci ildən Osmanlı imperiyası ilə savaşda həm casus xidmətində, həm də orduda xidmət edib.

Britaniya 1917-ci ildə Fələstində savaş zamanı ən güclü müqaviməti Osmanlı əsgərlərindən alırdı. Mövqe, silah və döyüş bacarığı baxımdan ingilislər Osmanlılar qarşısında məğlub vəziyyətdə idi.

Britaniya kəşfiyyatı bütün cəhdlərinə baxmayaraq, osmanlıların zəif nöqtəsini tapa bilmirdilər. Bu isə Britaniya ordusuna günü-gündən ağır zərbələr vururdu. Riçard Maynertshaqen casus xidməti axır ki, istədiyi zəif nöqtəni tapa bilir.

Məlum olur ki, Osmanlı əsgərlərinin hər cür təminatı olmasına baxmayaraq, çətinlik çəkdiyi siqaret idi. Osmanlılara qalib gəlməyin yolunu tapan Britaniya casusu 10 min siqaret qutusunu və içərisinə “təslim olun, təminatınız daha yaxşı olsun” sözləri yazaraq təyyarə ilə əsgərlər olan əraziyə atılmasını əmr edir.

Osmanlı əsgərləri siqareti götürüb çəkməyə başlayırlar və yazı olan hissəsini isə ocaqda yandırırdılar. Bir müddət Osmanlıların təslim olmasını gözləyən casus istədiyi nəticəni əldə etməyəndə ikinci plana əl atır.

Yenidən 10 min qutu siqaret hazırlanmasını tapşıran Riçard Maynertshaqen tütünün içərisinə tiryək qoyulmasını əmr edir. Bu uyuşdurucu maddə siqaret ilə birlikdə çəkilməklə də istifadə olunur. Qısamüddətli zövq və halsızlıq, yuxu verir.

Ertəsi gün ingilislər hücuma keçəndə Osmanlılar onlara faktiki olaraq heç bir müqavimət göstərmədilər. Onların çoxu atmaq bir yana, ayaq üstə dura bilmirdi. Osmanlı qoşunları məğlub oldu.

Bu hadisədən sonra Britaniya casusu belə söz deyir:

“Müharibədə bütün vasitələr yaxşıdır və bəzən sadə hiyləgərlik hərbi strategiyadan daha böyük uğur qazana bilər.”

# 2166 dəfə oxunub

Oxşar xəbərlər

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

10:34 6 noyabr 2026
"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun:  Avropol serb qadını axtarışa verdi

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun: Avropol serb qadını axtarışa verdi

10:11 6 noyabr 2026
Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər