Elvin Xoca Qəniyevin konserti təşkil olunacaq

Elvin Xoca Qəniyevin konserti təşkil olunacaq
31 yanvar 2024
# 14:20

Fevralın 2-də Rusiyanın paytaxtı Moskvada virtuoz skripka ifaçısı, Azərbaycanın Əməkdar artisti Elvin Xoca Qəniyevin konserti keçiriləcək.

Kulis.az xəbər verir ki, Moskvanın “Zaryadye” konsert salonunda ilk dəfə çıxış edəcək tanınmış azərbaycanlı musiqiçini P.Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestri müşayiət edəcək. Dirijor Marius Stravinskinin idarə edəcəyi konsertdə görkəmli Türkiyə bəstəkarı Kamal Ülvi Erkinin skripka üçün konserti və amerikalı bəstəkar Frans Vaksman Bizenin “Karmen” operası mövzularında “Fantaziya”sı səsləndiriləcək.

1997-ci ildə musiqiçi ailəsində anadan olan Elvin Xoca Qəniyev 5 yaşından skripka çalmağa başlayıb. Onun ilk ustadı babası – Azərbaycanın Xalq artisti, məşhur skripkaçı və dirijor Sərvər Qəniyev olub. Altı yaşında Bilkənd Universiteti nəzdində xüsusi musiqi məktəbinə daxil olub, səkkiz yaşında babası Sərvər Qəniyevlə birlikdə ilk konsertini verib. Həmin il adı İsveçrənin Sürix Konservatoriyasının “Gənc sənətçi” proqramına daxil edilib. On yaşında Vladimir Spivakovun rəhbərliyi ilə “Moskva virtuozları” ilə birlikdə Kreml Sarayında ilk konsertini təqdim edib.

Azərbaycan Prezidentinin 2008-ci ilin yanvar ayında imzaladığı müvafiq Sərəncamla Elvin Qəniyevin adı ölkənin gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib və ona Prezident təqaüdü təyin olunub. Sonradan professor Zaxar Brondan dərs alan Elvinin konsertmeysteri anası Nərminə Qəniyevadır.

Elvin Xoca Qəniyev Madriddə Reina Sofia İncəsənət Mərkəzinin Ali Musiqi Məktəbini bitirib, hazırda Almaniyada Hannover Musiqi, Teatr və Media Universitetində təhsilini davam etdirir. O, musiqiçi kimi Azərbaycanı dünyanın müxtəlif ölkələrində, o cümlədən Böyük Britaniya və Avstriyada təmsil edib.

K.Lipinski, Q.Venyavski, P.İ.Çaykovski, D.Oystrax adına müsabiqələrin və digər nüfuzlu beynəlxalq yarışlarının laureatıdır. 2019-cu ildə Türkiyənin “Aydın Gün Təşviq Mükafatı”na layiq görülüb. Həmin il Florida Azərbaycan Mədəniyyət Assosiasiyasının mədəniyyət məsələləri üzrə direktoru Pərvin Muradovun məşhur layihəsi olan “Florida Keys” müsabiqəsinin Qran-Pri mükafatını alıb. Pərvin Muradovla əməkdaşlıq çərçivəsində təşkilatın “Musiqi təhsili və autizm” layihəsinin siması, sözçüsü və sponsoru olub. Həmin layihənin iştirakçılarından biri, daun sindromlu skripka ifaçısı bundan sonra Vatikana dəvət alaraq Roma papasının qarşısında çıxış edib və diplomla mükafatlandırılıb.

# 1938 dəfə oxunub

Oxşar xəbərlər

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

10:34 6 noyabr 2026
"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun:  Avropol serb qadını axtarışa verdi

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun: Avropol serb qadını axtarışa verdi

10:11 6 noyabr 2026
Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər