Elşad Xose: "Hüseyn Dərya narkotikə mənə görə başladı"

Elşad Xose:  "Hüseyn Dərya narkotikə mənə görə başladı"
7 iyul 2023
# 11:17

"Təzə-təzə münasibətimiz yaxşı idi. Qısqanc, paxıl insan deyildi, bacardığım qədər də kömək edirdim. Hüseyn uğur qazandıqdan sonra Anar Nağılbaz onu qısqanmağa başladı. Anar gah o, gahbu tərəfdə olurdu. Nə "Dəyirman" qrupu, nə də mənim Anar Nağılbazla, Hüseyn Dərya ilə mübarizə aparmağa ehtiyacım olub".

Kulis.az xəbər verir ki, bu sözləri reper Elşad Xose müsahibəsində deyib. O, illərlə aralarında qalmaqal yaşanan mərhum reper Hüseyn Dərya ilə bağlı etiraflar edib:

"Biz dost ola bilərdik, onu özümdən uzaq saldım. Dedim ki, sən hələ cavansan, bir az öyrən. Qırıldı və ona təsir etdi. Bir dəfə onu bulvarda bıçaqlamışdılar, elə bilirdi ki, mənim işimdir. Sənətimiz, tərzimiz, dinləyicimiz fərqli idi. Kəmiyyət onda idi, keyfiyyət məndə. Onun bəzi davranışı, mahnıları, həyat tərzi mənim ona vurduğum pisliklərdən daha çox pislik edirdi. Ona nəsə etməyimə ehtiyac yox idi. Narkotikə də mənə görə gəlib. İnsan öləndə qədri bilinir. Sosial şəbəkədə onu ağzıdolusu tərif edənlər heç bilmir ki, qəbri haradadır".

Qeyd edək ki, Hüseyn Dərya 2014-cü ildə avtomobil qəzasında vəfat edib.

Baku TV

# 6010 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər