"Əgər qadın diyetaya keçdisə, kişi arıqlamağa başlayır" - Aforizmlər

"Əgər qadın diyetaya keçdisə, kişi arıqlamağa başlayır" - Aforizmlər
12 yanvar 2023
# 21:00

Kulis.az 20 aforizmi təqdim edir.

1. Hər bir aforizm qoz kimidir: xaricdən yaxşıdır, daxildə isə dörddə üçü boşdur. Fernan Vandran

2. Pis film çəkmək heç də yaxşı film çəkməkdən asan deyil. Robert de Niro

3. Ağlı çox olanın sözü az olar. Hz. Əli

4. Sosial həyat komedik tamaşadır. Məzmunlu adamlar orada yöndəmsiz və gərəksizdir. A.Şopenhauer

5. Axmaqlara veriləcək cavab sükutdur. Cəlaləddin Rumi

6. Bilikli bir axmaq cahil bir axmaqdan daha da axmaqdır. Jan Batist Molyer

7. Barmaqlarım ayı göstərərkən axmaqlar barmaqlarıma baxarlar. Tibet atalar sözü

8. Gözəl qadın gözlər üçün cənnət, ürək üçün cəhənnəm, ciblər üçün təmizlikdir. Fontenel

9. Mən hələ elə bir pişiyə rast gəlməmişəm ki, siçanların onun haqqında nə danışdığı onu qayğılandırsın. Yuzef Bulatoviç

10. İstəyirsənsə ki, səni dəyərləndirsinlər, – öl! İtalyan deyimi

11. Tanrının mərhəmətilə ölkəmizdə biz üç dəyərli nemətə: söz azadlığına, vicdan azadlığına və bunlardan heç birindən heç zaman istifadə etməmək dərrakəsinə malikik. Mark Tven

12. İnsan birinci, ikinci, üçüncü dəfə günah işlətdi – onu bağışlayırlar, lakin əgər o dördüncü dəfə günah işlətsə, onda onu bağışlamırlar. Talmud, “Yama”, fəs. 8.

13. Əgər dostunuz sizə 50 dollar borc verməkdən imtina etdisə, görünür, o sizi daha yaxından tanıyır. Lorens Piter

14. Əgər qadın diyetaya keçdisə, kişi arıqlamağa başlayır. “20000 Quips & Quotes”

15. “Ho” var, dağa qaldırar, “ho” var, dağdan endirər. Atalar sözü

16. Təklikdə öz günahların barədə düşün, cəmiyyət içində isə özgələrinin günahını unut. Qədim Çin aforizmi

17. Əgər danışmaq bir yana aparmırsa, bircə kəlmə söz də artıqdır. Qədim Çin aforizmi

18. Allah mərkəzi hər yerdə, çevrəsi isə heç yerdə olmayan dairədir. N.Kuzanlı

19. Deyirlər siyasət ikinci qədim peşədir. Ancaq mən bu nəticəyə gəlmişəm ki, birincidən o, çox şeylər əxz eləyib. Reyqan

20. Ədalətli olmağın bəhrəsi ruhi sakitlikdir. Epikür

# 3149 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər