Dolli Partonun Hollivuddakı "ulduz"u ölümündən bir həftə sonra təhqir edildi

Dolli Partonun Hollivuddakı "ulduz"u ölümündən bir həftə sonra təhqir edildi
3 sentyabr 2026
# 10:20

Amerikalı kantri müğənnisi və aktrisa Dolli Partonun ölümündən bir həftə sonra Hollivudun "Şöhrət xiyabanı"ndakı ulduzu vandallar tərəfindən təhqir edilib.

Kulis.az xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.

"Kantri musiqisinin kraliçasının ölümündən bir həftə sonra pərəstişkarlarından biri ulduzun üzərində cızıqların yarandığını bildirib", – deyə nəşrin məqaləsində qeyd olunur.

Portala məlum olub ki, işçilər artıq ərazini təmizləyib və Partonun "Şöhrət xiyabanı"ndakı ulduzunun bərpasına başlayıblar. Cilalanmış və yenilənmiş ulduzun cümə günü, sentyabrın 4-dək öz yerinə qaytarılacağı vəd edilib.

Xatırladaq ki, Dolli Parton avqustun 25-də 80 yaşında vəfat edib. Onun ölüm xəbərini 20 ildən artıq müddətdə sənətçinin təhlükəsizlik xidmətinə rəhbərlik edən bacısı oğlu Brayan Siver elan edib. O bildirib ki, illər əvvəl Parton həyatdan köçəcəyi təqdirdə bu xəbəri pərəstişkarlarına çatdırmağı ona tapşırıb. Siver ölümün rəsmi səbəbini açıqlamasa da, media sənətçinin son aylarda səhhətindəki problemlər səbəbindən bir neçə çıxışını ləğv etmək və ya təxirə salmaq məcburiyyətində qaldığını yazmışdı.

Məşhur sənətçi gənc yaşlarından musiqiyə böyük maraq göstərib: beş yaşından mahnılar yazıb, səkkiz yaşında gitara çalmağa başlayıb, 10 yaşında isə artıq televiziyada çıxış edib. Dolli Parton "Qremmi", CMA, ACM və digər nüfuzlu mükafatların çoxqat laureatıdır. 1984-cü ildə musiqidəki xidmətlərinə görə Hollivudun "Şöhrət xiyabanı"nda ulduza layiq görülüb, 1999-cu ildə isə Kantri Musiqisinin Şöhrət Zalına daxil edilib.

Bundan əlavə, Parton kinoda da aktiv fəaliyyət göstərib. Onun filmoqrafiyasında 20-dən çox ekran işi var. Onların arasında "Dollivudda Milad" (Christmas at Dollywood), "Hanna Montana" (Hannah Montana), "Mavi dərənin nəğməkar quşu" (Blue Valley Songbird), "Beverli-Hillz kəndliləri" (The Beverly Hillbillies) və digər layihələr yer alır.

Dolli Parton kimdir?

Dolli Parton (Dolly Parton; 19 yanvar 1946 – 25 avqust 2026) — amerikalı kantri müğənnisi, bəstəkar, aktrisa və xeyriyyəçidir. Dünya üzrə 100 milyondan çox albomu satılan sənətçi kantri musiqisinin ən böyük əfsanələrindən və ən nüfuzlu qadın ifaçılarından biri hesab olunur. Tarixə düşmüş "Jolene", "9 to 5" və sonradan Uitni Hyustonun ifasında qlobal fenomenə çevrilən "I Will Always Love You" kimi məşhur hitlərin müəllifidir. 11 "Qremmi" mükafatı qazanan Parton həm də uşaqlar üçün milyonlarla pulsuz kitab paylayan "Imagination Library" xeyriyyə fondunun təsisçisidir.

# 218 dəfə oxunub

Oxşar xəbərlər

"Hansısa çanağın tısbağası olmaq..." -  Sən filosof deyilsən!

"Hansısa çanağın tısbağası olmaq..." - Sən filosof deyilsən!

10:00 8 sentyabr 2026
Yefim Abramov vəfat etdi

Yefim Abramov vəfat etdi

09:51 8 sentyabr 2026
Ərindən xəstəliyə  yoluxdu, Nobel mükafatı ala bilmədi... - Karen Bliksen kim idi?

Ərindən xəstəliyə yoluxdu, Nobel mükafatı ala bilmədi... - Karen Bliksen kim idi?

16:30 7 sentyabr 2026
"Şəhid valideyninin adını pis işlərdə görmək istəmirəm" - Ulucay Akif

"Şəhid valideyninin adını pis işlərdə görmək istəmirəm" - Ulucay Akif

16:10 7 sentyabr 2026
 Kərbəlayi Faiq:  "Beş-on ildən sonra meyit yuyanlar olmayacaq..." - Müsahibə

Kərbəlayi Faiq: "Beş-on ildən sonra meyit yuyanlar olmayacaq..." - Müsahibə

15:05 7 sentyabr 2026
Roma dövründən qalan nəhəng mozaika tapıldı

Roma dövründən qalan nəhəng mozaika tapıldı

14:50 7 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər