"Sezar Sinema" mükafatının qalibləri bəlli oldu - Siyahı

"Sezar Sinema" mükafatının qalibləri bəlli oldu - Siyahı
13 mart 2021
# 11:56

Parisdə bu il 46-cısı təşkil olunan "Cesar Cinema" mükafatının qalibləri bəlli olub.

Kulis.az xəbər verir ki, fransalı rejissor Albert Dupontelin "Adieu Les Cons" filmi ən yaxşı film və ən yaxşı ssenari nominasiya üzrə qalib olub.

Dupontel isə bu filmə görə ən yaxşı rejissor nominasiyasında qalib olub.

"Ən yaxşı aktrisa" nominasiyasının qalibi "Antoinette dans les Cevennes" filmində rol alan Laure Calamy, "Ən yaxşı aktyor" nominasiyasında isə "Un fils" filmindəki performansı ilə Sami Bouajila layiq görülüb.

Fransalı rejissor Sebastien Lifshitzin "Adolescentes" filmi isə ən yaxşı sənədli film seçildi.

Ən yaxşı xarici film mükafatı isə danimarkalı rejissor Thomas Vinterbergin "Drunk" filminə verildi.

Tina Baz "Adolescentes" filmiylə ən yaxşı montaj mükafatına layiq görüldü.

Ən yaxşı animasiya film mükafatı Aurelien Fromentin "Josep", ən yaxşı qısa film mükafatı isə Sofia Alaouinin "Qu'importe si les betes meurent" filmlərinə verildi.

# 3211 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər