Bu mətni ondan başqa hamı oxuyur - Cavanşir Yusifli

Bu mətni ondan başqa hamı oxuyur - Cavanşir Yusifli
24 oktyabr 2023
# 16:33

Kulis.az Cavanşir Yusiflinin "Bizi yaralayan mətnlər" adlı yeni yazısını təqdim edir.

Bir yazarın yaradıcılığını şərti olaraq, "tərsinə mühəndislik" gözüylə nəzərdən keçirməli olsaq, yaxud fəza həndəsəsi ölçüləriylə... nə alınar? Çox fərqli sualların meydana çıxması mümkündür. Nəyi nəzərdə tuturuq? Bir şairin mətnlərindəki döyüntülərin itdiyi, yaxud aşkara çıxdığı, bütün mətni əvəz elədiyi məqamların şahidi ola bilərik. Bu əyri-üyrü xətlər, kardioqramma işarələri o mətnlərin müəllifinin adını gizlədib, onun yerinə danışır, yaxud dərdi, fərağı, həsrəti onun ürəyindən ovuclarına alıb məmləkətin üfüqlərinə səpələr.

Bu dünyada hər kəsi yaralayan mətn var, yalnız bir mətn, yalnız bir nəfər üçün yazılan mətn. Amma iş elə gətirir ki, bu mətni o bir nəfərdən başqa, hamı oxuyur.

Vaqif İbrahimoğlu bir kitablıq şeirdən tamaşa düzəldib, səhnələşdirməyi sevərdi, bir kitabın yaratdığı atmosferdə o bircə mətni oxumaq həsrətiylə, alınardımı, bilmirəm; Akademik Dram Teatrının ən yuxarı qatdakı otağında Adil Mirseyidin "Güzgüdəki adam" kitabının səhnə variantı: alma, güzgü, bir stəkanda dəryanın dibi, ləpələr, durnanın lələyinə yazılan yazılar... məkanın semiotikası sehr yaradıb, dərhal da onu pozmağa, yer üzündən silməyə hesablanmışdı. Hər şey anidən baş verdi, çıxıb getdi, silinib getdi, havada uğultusu qaldı, bir də öz şeirlərinin tamaşasına yazıq-yazıq baxan Adil Mirseyid...

Onlar tələbə həyatını yaşamadılar – Siyahı

Adil Mirseyid

Şeirlər səs-səs, heca-heca bölünüb, o bircə mətnə yığılmaq həsrətiylə qıvrılırdılar. Rejissor bu tamaşayla göstərirdi ki, o sizi, məni, səni... yaralayan mətn, nə illah eləsən də, tapılan deyil, o mətn vəhşi quş kimi məqamını gözləyir, səni ən ağrıyan yerindən vurub, çəkilib gedir. Bəlkə bu variantı da Vaqif gözdən keçirirdi sətirlər arasında, hecaların "polyar qışında", sözlərin "ləpədöyənində": o bircə mətn hər kəsin öz içindədir, sən bir şeyə susayanda, onu hər şeyin fövqünə qoyanda, görünür, dərhal da çəkilib gedir. Hər şeiri o bircə mətnin misraları olan şairlər də var, məsələn, Məhəmməd Füzuli, yaxud Nazim Hikmət. Nazim Hikmət şeirlərində bütün hisslər var, Füzulidə bütün duyğuların qəlibləri var, sən, hətta o duyğuların o qəliblərə necə dolduğunu belə görürsən (Tufarqanlı Abbas: eynim yaşı qabdan-qaba süzüldü...) və həm də, heç şübhəsiz ki, Həsənoğluda. Bizim dildə yazılan mətnlər işində nə belə bir tərcümə var, nə də orijinal mətn, bütün məkan quş səsləriylə dolur, ancaq o səsin hardan gəldiyini seçə, tapa bilmirsən...

Vaqif İbrahimoğlunun 32 il sonra reallaşan xahişi

Vaqif İbrahimoğlu

Vaqif İbrahimoğlu bir tamaşa qoymuşdu, Hüseyn Cavid haqqında. Özü tamaşada iki rol oynayırdı, plastika mükəmməl idi, sözlər hərəkət idi, hərəkətlər söz, bu ikisi birləşib möcüzə yaradırdı. Nazim Hikmətin bəzi şeirləri də şeirin tamaşasıdı, sözlə, nəfəslə hərəkətin birləşib baletə çevrildiyi məqam...Ədəbiyyat qəzeti

# 1780 dəfə oxunub

Oxşar xəbərlər

Elxan Cəfərov:  "Agentlik müqavilələrin icrasına və vəsaitlərin düzgün xərclənməsinə nəzarət edir" - Müsahibə

Elxan Cəfərov: "Agentlik müqavilələrin icrasına və vəsaitlərin düzgün xərclənməsinə nəzarət edir" - Müsahibə

18:11 30 oktyabr 2025
Ən məşhur əsərlərini həbsxanada yazan  "İspaniya ədəbiyyatının aslanı"

Ən məşhur əsərlərini həbsxanada yazan "İspaniya ədəbiyyatının aslanı"

18:00 30 oktyabr 2025
"O, böyük bir alovun qalığı kimi görünürdü" - Ərinin  xəyanətlərini bağışlayan, şeirlərini əzbərində tutan qadın

"O, böyük bir alovun qalığı kimi görünürdü" - Ərinin xəyanətlərini bağışlayan, şeirlərini əzbərində tutan qadın

17:50 30 oktyabr 2025
Tarı dilə gətirən tarzən  - Qurban Pirimov ermənini səhnədən necə uzaqlaşdırmışdı?

Tarı dilə gətirən tarzən - Qurban Pirimov ermənini səhnədən necə uzaqlaşdırmışdı?

17:45 30 oktyabr 2025
Məşhur aktyor müğənniliyə başlayır

Məşhur aktyor müğənniliyə başlayır

17:44 30 oktyabr 2025
Dirijor Rauf Abdullayev xəstəxanaya yerləşdirildi

Dirijor Rauf Abdullayev xəstəxanaya yerləşdirildi

17:40 30 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər