Beynəlxalq festivalda Azərbaycan mahnıları səsləndiriləcək

Beynəlxalq festivalda Azərbaycan mahnıları səsləndiriləcək
7 iyul 2023
# 10:30

Qazaxıstanın Astana şəhərində "Astana - Mədəniyyət karvanı" adlı birinci beynəlxalq hərbi-musiqi festivalının təntənəli açılış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, təntənəli açılış mərasimində iştirakçı ölkələrin solistlərininin təqdim etdiyi ifalar böyük maraq və alqışlarla qarşılanıb.

Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ölkəmizi təmsil etdiyi festivalda müxtəlif beynəlxalq, milli və xalq folklorunu özündə əks etdirən mahnılar, milli rəqslər və ifalar nümayiş etdiriləcək.

Qeyd edək ki, Astana şəhərinin 25 illiyinə həsr olunan festivalda Azərbaycan, Qazaxıstan, Çin, Hindistan, Özbəkistan, Rusiya, Türkiyə və Yaponiya silahlı qüvvələrinin yaradıcı heyəti iştirakçı qismində, Pakistan nümayəndə heyəti isə müşahidəçi qismində iştirak edir.

# 2003 dəfə oxunub

Oxşar xəbərlər

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

10:34 6 noyabr 2026
"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun:  Avropol serb qadını axtarışa verdi

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun: Avropol serb qadını axtarışa verdi

10:11 6 noyabr 2026
Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər