Azərbaycanlı şair beynəlxalq şeir festivalında

Azərbaycanlı şair beynəlxalq şeir festivalında
20 oktyabr 2021
# 18:00

Türkiyənin Kahramanmaraş şəhərində II Beynəlxalq Şeir və Ədəbiyyat Festivalı keçirilir. Beş gün davam edəcək festival oktyabrın 18-də başlayıb. Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsi tərəfindən təşkil edilmiş Şeir və Ədəbiyyat Festivalına 15 ölkədən tanınmış şairlər dəvət edilib.

Azərbaycanı bu Festivalda tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Beynəlxalq Türk Müəllifləri Birliyinin (BeyTüM) sədri Xəyal Rza təmsil edir.

Bu barədə azertag.az-a Xəyal Rza özü məlumat verib.

Bildirib ki, Türkiyə də daxil 100-ə yaxın şairin qatıldığı festivalın açılış mərasimi Mehmet Akif Ersoy Kültür Mərkəzində təşkil edilib. Açılış mərasimində dövlət məmurları, tələbə və şagirdlər iştirak ediblər. Şəhidlərin xatirəsinə sayqı duruşundan və dövlət himnindən sonra Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın festival iştirakçılarına salamlama və təbrik məktubu səsləndirilib. “Çünki söz sağaldır” söyləyən Türkiyə Prezidentinin bu fikri festivalın sloqanı seçilib. Tədbirdə Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin sədri Hayrettin Güngör də çıxış edib. Sonra festival çərçivəsində elan edilimiş müsabiqədə müxtəlif nominasiyalar üzrə qalib gəlmiş tələbə və şagirdlərə mükafatlar təqdim edilib.

Festivalın ikinci günü şeir gecəsində ilk söz Xəyal Rzaya verilib. Yerli televiziya kanalında canlı yayımlanan gecədə tanınmış şair 30 illik Qarabağ həsrətindən, 44 günlük Vətən müharibəsindən, şanlı Zəfərimizdən və bu zəfərdə Türkiyə xalqının, Türkiyə dövlətinin mənəvi dəstəyindən söz açıb. Şuşa, Vaqif Poeziya Günləri, onun tarixi haqqında məlumat verən Xəyal Rza orada səsləndirdiyi “Evsiz qapı” şeirini oxuyub.

Festivalın üçüncü günündə müxtəlif təhsil ocaqlarında şairlərə görüş təşkil edilib. Xəyal Rza tələbələr üçün şeirlərini səsləndirib və imzalı kitablarını hədiyyə edib.

Qeyd edək ki, festival çərçivəsində universitetlər və məktəblərdə tədbirlər davam edəcək. Oktyabrın 22-də festivalın təntənəli bağlanış mərasimi təşkil ediləcək.

# 2119 dəfə oxunub

Oxşar xəbərlər

Marina Abramoviçin  80 illiyinə həsr olunan böyük sərgi Romada açıldı

Marina Abramoviçin 80 illiyinə həsr olunan böyük sərgi Romada açıldı

18:39 18 noyabr 2026
ADU-da  “Azərbaycan-Özbək dili əlaqələri: tarixi və müasir müstəvidə”  adlı tədbir keçirildi

ADU-da “Azərbaycan-Özbək dili əlaqələri: tarixi və müasir müstəvidə” adlı tədbir keçirildi

17:42 18 noyabr 2026
Kembric Lüğəti 2026-cı ilin sözünü seçdi - "Human" nə deməkdir?

Kembric Lüğəti 2026-cı ilin sözünü seçdi - "Human" nə deməkdir?

17:19 18 noyabr 2026
Parfenonun itmiş heykəltəraşlıq kompozisiyası yenidən quruldu

Parfenonun itmiş heykəltəraşlıq kompozisiyası yenidən quruldu

16:46 18 noyabr 2026
Harvard  150 ildən sonra Braziliyaya iki kölə edilmiş insanın  qalıqlarını qaytardı

Harvard 150 ildən sonra Braziliyaya iki kölə edilmiş insanın qalıqlarını qaytardı

16:17 18 noyabr 2026
Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

15:44 18 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər