“Azərbaycan kinooperatorları” kitabı nəşr olundu

“Azərbaycan kinooperatorları”  kitabı nəşr olundu
1 iyul 2025
# 09:18

Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə “Azərbaycan kinooperatorları” kitabı nəşr olunub.

Kulis.az xəbər verir ki, Əməkdar incəsənət xadimi Rafael Qəmbərovun yazdığı kitabda kinooperatorların dünyanı necə fəth etməsi, peşə zövqünün çalarları, rejissor işi, operator işi, yazıçı təxəyyülü və hər üçünün birgə əməkdaşlığından, Əlisəttar Atakişiyev, Teyyub Axundov, Xan Babayev və digər kinooperatorların dəst-xətindən bəhs edilib.

Dərs vəsaiti üçün nəzərdə tutulmuş kitabın çap olunmasının əsas məqsədi, ustad kinematoqrafçıların kinoda qazanıb miras qoyduqları təcrübədən yararlanmaq və eyni zamanda, görkəmli kinooperatorların, rejissorların, rəssamların, aktyorların və bəstəkarların özünəməxsus kino dəst-xətini öyrənməkdən ibarətdir. Kitabda ümumi məlumatlarla yanaşı, kino təsvirinin tədqiqatına da geniş yer ayrılıb.

“Azərbaycan kinooperatorları” monoqrafiyası 16 bədii, 30-dan çox sənədli filmlər çəkmiş, yüksək kateqoriyalı kinooperator Rafael Qəmbərov tərəfindən, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Operator fakültəsinin IV kurs tələbələri tərəfindən tərtib olunub.

Kitabın müəllifi və tərtib edəni Rafael Qəmbərov, redaktoru Əməkdar incəsənət xadimi, tənqidçi İntiqam Qasımzadə, rəyçilər – Əməkdar incəsənət xadimi, rejissor Hüseyn Mehdiyev, Əməkdar incəsənət xadimi, operator Rafiq Quliyevdir. Kitabda peşəkar mütəxəssislərlə yanaşı, gənc kinematoqrafçılar – Məmməd Əmin Əlizadə, Sadiq Əliverdibəyli, Babək Abbaszadə, Samir Əliyev, İsmayıl Cəfərov və Adil Məmmədovun da məqalələri yer alıb.

Kitab Azərbaycanın görkəmli kinematoqrafçılarının xatirəsinə həsr olunub.

# 2029 dəfə oxunub

Oxşar xəbərlər

Əliqismət Lalayevin 70 illik yubileyinə həsr olunmuş sərgi açıldı

Əliqismət Lalayevin 70 illik yubileyinə həsr olunmuş sərgi açıldı

15:08 4 iyul 2026
Azad Yaşarın “Gözlüğün uykusu” kitabı Amazonda

Azad Yaşarın “Gözlüğün uykusu” kitabı Amazonda

14:10 4 iyul 2026
Madonnadan 21 il sonra yeni albom: "Confessions II"

Madonnadan 21 il sonra yeni albom: "Confessions II"

13:10 4 iyul 2026
Təbrizdə Bulud Qaraçorlunun 100 illiyi münasibətilə tədbir təşkil olundu

Təbrizdə Bulud Qaraçorlunun 100 illiyi münasibətilə tədbir təşkil olundu

12:28 4 iyul 2026
Azərbaycan–Özbəkistan elmi-mədəni əməkdaşlığı müzakirə edildi

Azərbaycan–Özbəkistan elmi-mədəni əməkdaşlığı müzakirə edildi

18:00 3 iyul 2026
Angela Merkelin "gizli" portreti - 28 yaşlı rəssam sabiq kanslerin sirrini açdı

Angela Merkelin "gizli" portreti - 28 yaşlı rəssam sabiq kanslerin sirrini açdı

17:56 3 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər