Azad Qaradərəlinin əsərlərinin 9-cu cildi çapdan çıxdı

Azad Qaradərəlinin əsərlərinin 9-cu cildi çapdan çıxdı
29 iyul 2025
# 16:02

Yazıçı Azad Qaradərəlinin əsərlərinin 9-cu cildi çapdan çıxıb..

Kulis.az xəbər verir ki, bu cildə müəllifin “Morq çiçəkləri”, “Dünyanın ən böyük adamı” romanları daxil edilib.

“Morq çiçəkləri”ndə ziddiyyətlərlə dolu müstəqil Azərbaycan cəmiyyətindəki başıpozuqluqlar, dərəbəylik və haqsızlıqlar ön plana çəkilmiş, keçid dövrünün keçib getmək istəməyən zillətlərindən bəhs olunub.

2017-18-ci illərdə qələmə alınan romanın birinci nəşrinin titul səhifəsində yazılır:

“Əsərdə ölü bir cəmiyyətin ölüb getmiş, ruhları küçələrdə dolaşan insanlarından və xəstəxananın morq binasında yaşamağa məhkum edilən, ölümünü gözləyən diri ölülərin – məcburi köçkünlərin ağır və acınacaqlı həyatından bəhs edilir. Həqiqətlə mistikanın qarışdığı əsərdə nəyin həqiqi, nəyin xəyali olduğunu bəzən ayırd etmək olmur. Axırda Morq məhəlləsinin dəlisi morqu yandırır. Ən dəhşətlisi isə odur ki, romanda insanların bir çoxu öləndən sonra itə çevrilirlər. Yurd-yuvasız küçə itlərinə… Bu, bir yazıçı mesajıdır əslində - yurd-yuvasız insan insanlıqdan çıxır, cisminin də, ruhunun da məkanı olan yurd həsrətiylə dolaşır diyarbadiyar…”

İkinci romanda isə yazıçı anasının obrazının fonunda atasının, nənəsinin, babasının, müəllimlərinin, övladlarının və mövzu ilə əlaqəsi olan başqalarının da surətini ümumiləşdirmişdir. Romanda qabarıq verilən daha bir obraz da var – mühit. Digər obrazlar onun içindən keçərək yenilənirlər. Müəllif əsərdə ailələrinin başına gələn qaçqınlıq-köçkünlük faciəsinin vurduğu zədələri və buna qarşı dirənişi, işğalçılara nifrət hissini də oxucusuna aşılamağa çalışıb.

Hər iki roman ilk dəfə “Mücrü” nəşriyyatında ayrıca kitab şəklində çap olunub.

"Qanun" nəşriyyatında işıq üzü görən yeni cildin redaktorları Lətif Şüküroğlu və mərhum Fərzuq Seyidbəyli, tərtibçisi Türkan Azadqızıdır.

Kitabı yaxın günlərdə M.F.Axundov adına Milli Kitabxanadan, Akademiyanın kitabxanasından, ADPU-nun (əski APİ), Zəngilan, Şuşa rayonlarının kitabxanalarından əldə edib oxumaq olar.

# 1613 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər