AYB-nin Mingəçevir bölməsinin 25 illiyi qeyd edildi

AYB-nin Mingəçevir bölməsinin 25 illiyi qeyd edildi
24 dekabr 2024
# 13:05

Dekabrın 23-ü Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Mingəçevir bölməsinin 25 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Milli Məclisin deputatı Aydın Mirzəzadə, filologiya elmləri doktoru, professor Rüstəm Kamal və “Kredo” qəzetinin baş redaktoru şair-publisist Əlirza Xələfli Mingəçevir ədəbi mühiti, bölgədə yaşayıb yaradan ədəbi qüvvələr, onların yaradıcılığı haqqında danışıb, bir-birinin ardınca işıq üzü görən “Aranın söz sovqatı”, “Uzaqdan gələn səs”, “Bir ocağın şöləsiyik”, “Ruhumuzun yaz havası” almanaxları barədə fikirlərini bölüşüblər.

Qeyd edilib ki, həmin silsilənin davamı olan “Söz yaddaşı” almanaxı bölgənin yaradıcı ziyalılarının növbəti yaradıcılıq hesabatıdır.

Filologiya elmləri üzrə fəlsəfə doktoru Tariyel Abbasov, tanınmış şair Adil Cəmil, tədqiqatçı Əjdər Yunus və başqaları çıxış edərək işıq şəhəri kimi tanınan Mingəçevir ədəbi mühitindən danışıblar. Qeyd olunub ki, Mingəçevir haqında düşünəndə Mikayıl Müşfiqin şəhərə həsr etdiyi poema və Səməd Vurğunun “Muğan” poeması yada düşür. Nə yaxşı ki, bölgənin yaradıcı ziyalıları həmin ənənəni yaşadır və ona yeni çalarlar əlavə edirlər.

Çıxışlarda Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri şair İsmayıl İmanzadənin bu işdə xüsusi rolu vurğulanıb. Onun bölgədə ədəbi mühitinin formalaşmasında, yaradıcı gənclərin üzə çıxarılması və istiqamətləndirilməsində səmərəli fəaliyyət göstərdiyi bildirilib. Belə bir inam hissi ifadə olunub ki, Mingəçevirdəı şölə saçan söz ocağı ədəbiyyat səmasında bundan sonra da öz işığını saçacaq.

Yubiley münasibətilə yeni çapdan çıxan “25-ci addım” söz sovqatı və “Söz yaddaşı” almanaxı tədbir iştirakçılarını paylanılıb.

# 2409 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

12:49 7 avqust 2026
Damla-damla yoxa çıxan zövqümüz...  — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

Damla-damla yoxa çıxan zövqümüz... — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

12:30 7 avqust 2026
Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər