ASAN könüllüləri üçün “Maya” filminin təqdimatı keçirildi

ASAN könüllüləri üçün “Maya” filminin təqdimatı keçirildi
27 fevral 2023
# 18:00

Fevralın 25-də “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı çərçivəsində 26 fevral - Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar olaraq ASAN könüllüləri üçün “Maya” filminin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, filmin təqdimatında Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin və Azərbaycan Kinematoqrafçılar Birliyinin üzvü Xəyal Rza, Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanov və digər qonaqlar iştirak ediblər.

Ssenari müəllifi və rejissoru Xəyal Rzaya aid olan filmdə I və II Qarabağ müharibəsinin təsiri altında qalan Azərbaycan qadınının həyatından bəhs edilir.

Bundan əvvəl 23-24 fevral tarixində Nizami Kino Mərkəzində “Maya” filminin təqdimatı keçirilib. Təqdimat mərasiminə tanınmış qələm adamları, kino sənətinin nümayəndələri iştirak ediblər. Filmin operatoru Rafiq Əliyev, operator assistenti Kənan Fərzəliyev, montaj rejissoru Aydan Əhmədova, prodüseri Tahir Tahiroviç, bədii rəhbəri isə görkəmli kinorejissor, Xalq artisti Oktay Mir Qasımdır.

# 2916 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər