Arif Acaloğlunun öldüyü qəza ilə bağlı ailəsinə barışıq üçün məbləğ təklif olundu

Arif Acaloğlunun öldüyü qəza ilə bağlı ailəsinə barışıq üçün məbləğ təklif olundu
28 avqust 2025
# 10:33

Bakıda ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Kulis.az APA istinadən xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, zərərçəkmiş tərəfin hüquqi varisinin vəkilləri məhkəmədə iştirak edə bilməyəcəklərini və prosesin təxirə salınması ilə bağlı elektron ərizə təqdim edib.

Ərizəyə münasibət bildirən vəkil Musa Abdinov etiraz etmədiyini və barışıq üçün qarşı tərəfə təkliflərin verildiyini bildirib:

“Ötən prosesdən sonra biz onlara məbləğ təklif etdik. Bununla yanaşı onlara müəyyən müddət ərzində aylıq ödənişin edilə bilinəcəyini də demişik. Onlardan cavab gözləyirik”.

İş üzrə təqsirləndirilən Azər Maqsudov vəkili ilə razı olduğunu, barışıq üçün addımların atıldığını, mümkün olan bütün təkliflərin irəli sürüldüyünü, qarşı tərəfin hələ cavab vermədiyini bildirib.

Dövlət ittihamçısı baxılan cinayət işi üzrə qarşı tərəfin iştirakının zəruri olduğunu əsas gətirərək işin təxirə salınmasını bildirib.

Məhkəmə qarşı tərəfin vəkillərinin ərizəsini təmin edək.

Proses sentyabrın 8-dək təxirə salınıb.

Bildirilib ki, vəkil tərəfindən verilmiş vəsatətə danışıqların nəticəsindən sonra baxılacaq.

Xatırladaq ki, qəza 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib.

Azər Maqsudov həmin ayın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.

# 1544 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər