APA TV-də yeni layihə: KimsəBizlər - İnternat hekayələri

APA TV-də yeni layihə:  KimsəBizlər - İnternat hekayələri
8 aprel 2025
# 14:09

Qandonduran internat hekayələrindən üzü günəşə doğru...

Qurd qışı çıxdı, ayazı unutmadı

APA TV “KimsəBizlər” adlı yeni layihəyə başlayır. Layihə internat məktəblərində böyüyənlərə həsr edilib.
Onlara “kimsəsiz” deyirlər. Suallar ortaya çıxır. Bu qədər insan olan dünyada niyə “kimsəsizlər” var? Cəmiyyət özü ailə ola bilirmi? O kimsələr BİZDƏN deyilmi? Cəmiyyət böyük ailə deyilsə, nədir?

Bu film-verilişdə internatı bitirən və cəmiyyətdə müəyyən mövqe tutan insanlar baş roldadırlar. Məqsədimiz internat uşaqlarının cəmiyyətə adaptasiyasına kömək etmək, cəmiyyətlə onların münasibətini istiləşdirmək, konkret şəxslərin timsalında valideyn himayəsindən məhrum uşaqlarda həyat eşqi, uğur qazanmaq həvəsi yaratmaqdır. Təkcə bu da deyil. Məqsədimiz bütünlükdə uşaqlara ən gözəl münasibətin formalaşmasına çalışmaqdır. Uşaqlar sabahımız deyil, uşaqlar indimizdir.

Layihənin ideya müəllifi Vüsalə Mahirqızı, layihə rəhbəri Orxan Məmmədli, müəllif-aparıcı Aysel Əlizadə, rejissor Ruslan Mollayevdir.

İlk qəhrəmanımız Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşı, İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinin sədri Araz Əhmədovdur. Onun “Qurd qışı çıxdı, ayazı unutmadı” adlı hekayəsinə baxmağa dəvət edirik!

# 1593 dəfə oxunub

Oxşar xəbərlər

“Star Wars” anime ilə ekranlara qayıdır

“Star Wars” anime ilə ekranlara qayıdır

15:20 4 avqust 2026
Təhsilimizdə sabitlik ehtiyacı - İslahatlar, yoxsa bitməyən çılğın eksperimentlər?

Təhsilimizdə sabitlik ehtiyacı - İslahatlar, yoxsa bitməyən çılğın eksperimentlər?

14:00 4 avqust 2026
Tanınmış  aktrisa vəfat etdi – Səbəb

Tanınmış aktrisa vəfat etdi – Səbəb

13:40 4 avqust 2026
12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin bu il keçiriləcəyi tarix məlum oldu

12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin bu il keçiriləcəyi tarix məlum oldu

13:38 4 avqust 2026
Məşhur müğənni fəaliyyətini dayandırır – Səbəb

Məşhur müğənni fəaliyyətini dayandırır – Səbəb

13:30 4 avqust 2026
Evində ölü tapılan görkəmli  aktrisamız

Evində ölü tapılan görkəmli aktrisamız

13:00 4 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər