Aktrisa oynadığı obraza görə saxlanıldı - Terror təbliğatında ittiham

Aktrisa oynadığı obraza görə saxlanıldı - Terror təbliğatında ittiham
4 fevral 2025
# 09:27

Türkiyəli aktrisa Melisa Sözen prokurorluğa çağırılıb.

Kulis.az xəbər verir ki, aktrisa Melisa 9 il əvvəl Fransada "Le Bureau des Legends" adlı ekran işinin 3-cü mövsümündə terror təşkilatı YPG-nin qadın üzvü obrazını canlandırdığına görə saxlanılıb.

İstanbul Baş Prokurorluğu isə açıqlamasında bu faktı təkzib edir, Melisa Sözenin saxlanılmadığını, yalnız “terror təşkilatının təbliğatını aparmaq” ittihamı ilə şübhəli şəxs qismində dindirildiyini bildirib.

"Geyimimin belə bir təşkilatı simvolizə etdiyini bilmirdim. Həmin layihədə agent rolunu canlandırırdım. Serial Türkiyədə yayımlanmayıb. Mən vətənimi və millətimi sevən biriyəm” deyə, bildirən aktrisa dindirildikdən sonra sərbəst buraxılıb.

Qeyd edək ki, aktrisanın sonuncu məşhur layihəsi "Kırmızı oda" serialı olub.

# 2113 dəfə oxunub

Oxşar xəbərlər

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

10:34 6 noyabr 2026
"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun:  Avropol serb qadını axtarışa verdi

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun: Avropol serb qadını axtarışa verdi

10:11 6 noyabr 2026
Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər