Adam kişi olar!

Ulucay Akif, Pep Quardiola

Ulucay Akif, Pep Quardiola

15 mart 2023
# 11:30

Kulis.az Ulucay Akifin “Mançester Siti” futbol klubunun baş məşqçisi Pep Quardiolaya açıq məktubunu təqdim edir.

Hörmətli (bu sözü nəzakət xətrinə yazdım) Pep Quardiola!

Əslində, bu açıq məktubu yazmaya bilərdim, amma gördüm ki, özümü saxlaya bilmirəm, əsəbdən partlayıram, qəzəbim get-gedə daha da şiddətlənir.

Ol səbəbdən qərar verdim ki, qəzəbimi azaltmaq üçün ürəyimi Word faylının elektron səhifələrinə boşaldım.

Ən başdan onu demək istəyirəm ki, sizin məşqçiliyinizi, komandalarınıza oynatdığınız məşhur “tiki-taka” taktikasını heç vaxt bəyənməmişəm. Ancaq paslaşmaqdan və oyunçuların meydanda qarışqa kimi yerdəyişməsindən ibarət olan bu taktika təkcə rəqib komandaların yox, uzun illərdir futbolu sevən, izləyən biri kimi mənim də zəhləmi töküb.

Əlbəttə, deyə bilərsiniz ki, qələbəyə gedən yolda hər şey məqbuldur, ya da qaliblər heç vaxt mühakimə olunmur. Amma mənim üçün belə deyil. Bilirəm ki, bir çox futbol azarkeşi üçün də sizin bu taktikanız çox bezdirici və zəhlətökəndir.


Nəysə, bu mövzuda çox uzunçuluq eləmədən keçmək istəyirəm məni hiddətləndirən əsas məsələyə.

Dünən Çempionlar Liqasında komandanız almanların “Leypziq”inə 7:0 hesabı ilə qalib gəldi. Çox gözəl. Təbrik edirəm!

Amma sizin öz futbolçunuz Erlinq Hallanda qarşı etdiyiniz haqsızlığı mən və bütün dünya gördü.

Bilməyənlər üçün deyim ki, “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Halland oyunun 57-ci dəqiqəsinə kimi 5 qol vura bilmişdi. Hər şey Halland üçün çox əla gedirdi. “Qol maşını” olan bu növcavan oğlan ayağına gələn bütün topları məharətlə tora göndərirdi.

Bu 5 qolla futbol tarixinin ən əhəmiyyətli rekordlarından birini yeniləyən Erlinq Hallandın bu rekordu qırmağı üçün hələ 30 dəqiqədən çox vaxtı var idi. 57 dəqiqədə 5 qol vuran futbolçunun 30 dəqiqədə heç olmasa 1 qol vurmağı çox asan məsələyə oxşayırdı.

Söhbət “Çempionlar Liqasında bir oyunda ən çox qol vuran futbolçu” rekordundan gedir.

Bilməyənlər üçün deyim ki, Erlinq Hallanda qədər Çempionlar Liqasında bir oyunda 5 qol vurmağı bacaran cəmi iki futbolçu olub: argentinalı Leonel Messi və braziliyalı Luis Adriano.

Hə, Pep Quardiola cənabları!

Hallandın belə əhəmiyyətli rekordu qırmaq üçün xeyli vaxtı varkən, siz neylədiniz?! Onu 63-cü dəqiqədə oyundan çıxardınız! Hələ ən az elə 30 dəqiqə vaxtı var idi. Halland yorulmamışdı, zədələnməmişdi! İlk dəqiqədəki kimi əzm və istəklə oynayırdı.

Siz isə onu qəfildən oyundan çıxardınız! Çempionlar Liqasının bəlkə də bundan sonra heç vaxt qırıla bilməyəcək rekorduna sahib olmasının qarşısını aldınız!

Tfu sizə, cənab Pep!

Bunu qəsdən elədiyinizi çox yaxşı bilirik!

Siz Hallandı 5-ci qoldan sonra ona görə elə tez çıxardınız ki, bu norveçli növcavan sizin sevimli futbolçunuz, oturub-durub ancaq haqqında danışdığınız Messinin rekordunu qırıb onu geridə qoymasın! Bəli! Məhz buna görə! Yoxsa heç bir başqa səbəb ola bilməz!

Kumiriniz olan Messiyə görə Hallandın haqqına girdiniz!

Allah bunu götürməz!

Bu ədalətsizliyinizin bədəlini əminəm ki, ödəyəcəksiniz.

Elə buna görə də, siz heç vaxt Ser Aleks Ferqyusson, Joze Mourinyo, Karlo Ançelotti, Yurqen Klopp səviyyəsində bir məşqçi ola bilməyəcəksiniz! Uzağı Fatih Terimlə bir hallanacaq adınız.

Hallanacaq dedim, yenə Halland düşdü yadıma.

Hallandın bir də nə vaxtsa belə şansı olacaqmı?

Heç bunu düşündünüzmü onu oyundan çıxaranda?

Bir Messiyə görə Hallanda belə haqsızlıq etdiniz.

Hallandın oyundan çıxanda üzündəki məyusluq heçmi vicdanınızı sızlatmadı?

Ayıb olsun sizə, cənab Pep!

Adam kişi olar!

# 4086 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər