Sənubər İsgəndərli: "Tamaşalarımıza baxanda pis oluram"

Sənubər İsgəndərli: "Tamaşalarımıza baxanda pis oluram"
14 aprel 2020
# 12:35

“Hamı kimi mən də bu çətin günlərdə həm ailəmi, həm də özümü qoruyuram”.

Bu sözləri Kulis.az-a açıqlamasında Əməkdar artist Sənubər İsgəndərli bildirib. Tanınmış aktrisa “Ata ocağı” serialının çəkilişlərindən də danışıb:

“Bu aralar “Ata ocağı” serialının çəkilişlərinə də gedib gəlirəm. Serialın çəkilişləri yenidən başlayıb. Orda da qorunmaq üçün lazım olan bütün qaydalara əməl edirik. Yəni hamı necə mən də elə qorunuram. İmkan düşdükcə kitab oxuyuram, filmlərə baxıram”.

S.İsgəndərli teatr üçün darıxdığını vurğulayıb:

“Aktyor üçün ailəsi ilə yanaşı ən vacib məkan teatrdı, onun iş yeridi. Ailəmə indi bacardığım qədər vaxt ayırmağa çalışıram. Amma bu dəqiqə ən darıxdığım, narahat olduğum yer teatrdı. Teatrdan, səhnədən ötrü burnumun ucu göynəyir. Seriala çəkilsəm də, filmə də dəvət alsam mənim üçün səhnənin yeri tamam ayrıdı. Ona görə də çox darıxıram. İndi bizim teatrın onlayn tamaşaları yayımlanır. Amma o ayrıdır, canlı tamaşa ayrıdı. Hərdən özüm də oturub o tamaşalarımıza baxıram. Amma çalışıram ki, çox baxmayım. Çünki baxanda daha da pis oluram. Çünki ora mənim üçün ayrı həyat, ayrı nəfəsdi. İnşallah, ümid edirəm ki, tezliklə bu vəziyyətdən qurtularıq.”

Aktrisa daha sonra əlavə edib:

“Bu gün dünyanın boş qalması hamımızda vahimə yaradır. Amma mən indi təbiətin gözəlliyini daha çox qiymətləndirirəm. Elə bil indi ağaclardan, böcəklərdən daha çox ləzzət almağa başlayıram. Təbiətə başqa nəzərlər, başqa bucaqdan baxıram. Yaşadığımız bu pandemiya günlərində təbiəti, hadisələri başqa cür dəyərləndirməyə başlayır insan. Təbiət sanki öz gözəlliyi ilə insanlara meydan oxuyur. Sanki insanlara deyir ki siz məni məhv edib, mənə qarşı çıxırdınız? Ümumi götürəndə doğurdan da bəşər övladı çox təbiətə qarşı çıxdı. Təbiət də sanki indi bütün gözəlliyini insanların qarşısında nümayiş elətdirir. Bu nümayişlə də insan indi anlayır ki, təbiət gözəldir, təbiət ona lazımdır və onu yaşadandır. Ona görə də bu dəqiqə quşların səsi mənim üçün dünyanın ən gözəl simfoniyasıdır”.

Əməkdar artist karantin günlərində mətbəx işlərindən də danışıb:

“Mətbəxlə də aram yaxşıdır (gülür). Hansı xörəyi deyirsinizə, bişirə bilərm, əlimin də qəşəng duzu var. Amma sobada tort, pirojna, çörək bişirə bilmirəm. Ümumiyyətlə, xəmir işlərini bacramıram. Ona görə də bu məsələlərə girişmirəm. Həm də kökəlməkdən qorxuram. Fikirləşirəm ki, karantin bitəndən sonra səhnəyə çıxanda özümüzdən qorxarıq. Yəni o tərəfdən özümü qoruyuram ki, kökəlmə olmasın. Amma deyəsən bir az işləri korlamışam. (gülür)”

# 7467 dəfə oxunub

Oxşar xəbərlər

Erməni ssenaristi Bakıdan qovan, gizlincə dəfn edilən Xalq artisti kimdir?

Erməni ssenaristi Bakıdan qovan, gizlincə dəfn edilən Xalq artisti kimdir?

18:38 18 sentyabr 2025
"Düşməni söyməklə Vətənə sevgi oyadanlar - "Ədəbiyyat" dərsliyi niyə bu gündədir?

"Düşməni söyməklə Vətənə sevgi oyadanlar - "Ədəbiyyat" dərsliyi niyə bu gündədir?

18:30 18 sentyabr 2025
Üzeyirin musiqisini duyan gənc  -  Fikrət Əmirov Ərtoğrol Cavid haqqında nə yazmışdı?

Üzeyirin musiqisini duyan gənc - Fikrət Əmirov Ərtoğrol Cavid haqqında nə yazmışdı?

18:00 18 sentyabr 2025
Xalq artisti Sərdar Fərəcov xəstəxanadan evə buraxıldı

Xalq artisti Sərdar Fərəcov xəstəxanadan evə buraxıldı

17:50 18 sentyabr 2025
Londonda Fələstinə dəstək konserti: 1,7 milyon avro ianə toplandı

Londonda Fələstinə dəstək konserti: 1,7 milyon avro ianə toplandı

17:45 18 sentyabr 2025
Ankarada Üzeyir Hacıbəylinin irsinə həsr edilən təqdimat və konsert keçirilib

Ankarada Üzeyir Hacıbəylinin irsinə həsr edilən təqdimat və konsert keçirilib

17:44 18 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər