Qətlə yetirilən gitaraçının oğlu ilə bağlı incə bir nüans

Qətlə yetirilən gitaraçının oğlu ilə bağlı incə bir nüans
9 sentyabr 2020
# 11:28

Dünən bədbəxt hadisə baş verdi. Tanınmış gitara ifaçısı Nofəl Süleymanov oğlunun əlindən açılan güllə ilə canını tapşırdı.

Bir ailənin başına bundan daha betər faciə gələ bilməz. Belə bir məqamda həmin ailəni sadəcə bir ömür boyu çəkmək məcburiyyətində qaldığı dərdi ilə baş-başa buraxmaq lazımdır. Di gəl ki, bəzi həmkarlarımız bu məsələdə lazım olan həssaslığı göstərməməkdə israrlıdır.

Ümumiyyətlə, medianın ölüm, faciə xəbərlərinə olan reaksiyası olduqca diqqət çəkəndir. Bu cür xəbərlərdən əldə olunan tiraj heç kimə sirr deyil. 17 yaşlı gəncin fotolarını dayanmadan yayıb “Musiqiçinin ölümünə səbəb olan oğlu budur” məzmunlu başlıqla tirajlayan həmkarlarımı o gəncin bundan sonrakı taleyi heçmi maraqlandırmır?

Bu cür faciəvi xəbərləri maqazin materialına çevirib tiraj və pul qazanma səbəbi olaraq görmək insani hisslərin maddi gücə uduzduğunun sübutudur. Bu hadisə ehtiyatsızlıqdan baş verdiyi halda, faciəni cəmiyyətə planlı şəkildə qətl kimi təqdim etmək qeyri-peşəkarlıqdır.

Yazılan o başlıqlarla, yayılan fotolarla 17 yaşlı gəncin əzabını daha da artırmış oluruq. Hadisəni qismən də olsa unutmasına, yarasının qaysaq bağlamasına mane oluruq.

Biz empatiya hissimizi itirərək zombiləşməyə doğru addımlayırıq. İnsanların faciəsini bu müstəvidə əmətəəyə çevirmək yolverilməzdir.

Bu cür həssas vəziyyətlərdə özümüzü faciəni yaşayan insanların yerinə qoymağı bacarmalı, bir günlük qazancımızdan insanlığımıza görə imtina etməliyik.

Dünəndən bəri manşetlərdən düşürmədiyimiz o gəncin faciəsindən qazanacağımız baxış sayının bizə necə xoşbəxtlik gətirdiyini göz önünə gətirəndə adamın tükü biz-biz olur. İnsan faciəsinin bu qədər əhəmiyyətsiz şəkil alması qorxuludur.

Hisslərin robotlaşması, dəyərlərin pul ilə mübadiləsi, insanın insana olan münasibətindəki bərpaolunmaz uçurum özü-özlüyündə bəşəri faciədir. Acı da olsa, reallıqdır ki, çağdaş mediamızın böyük hissəsi cəmiyyətin xudbinləşməsinə xidmət edir və təəssüf ki, illərdir intihar, qəza, faciə xəbərləri ən çox oxunanlar sırasındadır.

# 35233 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər