Qarabağda qələbə şeirləri oxuyacam – Məleykə Əsədova Kulisə yazır...

Qarabağda qələbə şeirləri oxuyacam – Məleykə Əsədova Kulisə yazır...
5 noyabr 2020
# 10:55

Xalq artisti Məleykə Əsədovanın müharibə ilə bağlı Kulis.az-a yazdığı qısa təəssürat yazısını təqdim edir.

Bizim torpaqlarımızın işğaldan azad olma xəbərini eşidəndə sevincimin həddi-hüdudu olmur. Sevincdən, inanın Allaha, gözlərim yasarır.

Əvvəldən mən inanırdım ki, bizim Prezidentimizin ağıllı və uzaqgörən siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək. Və ən əsası, yüksək təlim keçmiş Qüdrətli Ordumuzun igidliyi nəticəsində torpaqlarımız işğaldan azad edilir!

Azərbaycanın mərd, igid oğulları var!

Bu torpaq yalnız belə oğullar yetişdirər.

Allah əsgərlərimizi qorusun!

Hər gün dualar edirəm ki, Qələbə xəbəri ilə sağ-salamat evlərinə qayıtsınlar.

Allah Şəhidlərimizə rəhmət etsin…

Vətən üçün canından keçməyə hazır olan igidləri yalnız Azərbaycan torpağı yetişdirər, Azərbaycan qadını dünyaya gətirər.

Ali Baş Komandanımızın çıxışlarından, mərdliyindən, savadından, ağıllı siyasətindən Ordumuz güc alır, xalqımız ruhlanır.

Prezidentimiz tarixə imza atır!

Allah qorusun!

Xalqımızın birliyi məni çox sevindirir.

Allah Xalqımıza kömək olsun.

Qəlbimin sevincini saatlarla anlatsam, bitməz!

Mənim söylədiyim şeirlərdə Vətənimə, əsgərlərimizə, dövlətimizə olan sevgim, ürək sözlərim öz təcəssümünü tapır.

İnşallah, Qarabağda qələbə şeirləri oxuyacam.

Qarabağ Azərbaycandır!

Qarabağı işğaldan azad edən, şəhərlərimizdə bayrağımızı dalğalandıran əsgərlərimizin əllərindən öpürəm.

Ananızın südü, torpağın çörəyi, suyu Sizə halal olsun!

# 4497 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər