Qarabağa görə başına yaylıq bağlayan şair

Qarabağa görə başına yaylıq bağlayan şair
21 oktyabr 2020
# 13:23

Birinci Qarabağ müharibəsindən sonra Bakı metrosunda başıyaylıqlı bir kişi dolaşırdı. Çox vaxt yaylığının üstünə “Qarabağ” yazılmış lent də bağlayırdı.

Metro vaqonuna girən kimi ilk sözü bu olurdu:

“Qeyrətli xalqın qeyrətsiz oğluyam! Gözəl şerlər, qəzəllər müəllifiyəm! Ehtiyacdan öz kitablarımı satıram”.

Şairlər onun şeirlərindən söz açarkən sanballı fikirlər söyləmir. Bəlkə də elə bu səbəbdən hazırda internet resurslarında Bəşir Kəsərlinin bir şeirini belə tapmaq mümkün deyil.

Təəssüf...

Ən azından metrolarda apardığı maarifləndirmə işinə görə biz Bəşir Kəsərlinin bir neçə şeirini yaşatmalıyıq.

Hazırda onun kitablarından kimin evində varsa, bir neçə şeirini yazıb elektron resurslara əlavə etsə, savaba batar.

Bəşir Kəsərlinin davası öz kitablarını satıb pul qazanmaqdan ibarət deyildi, o, metroda başını telefona tutub oyun oynayan gəncləri iynələyirdi:

“Ay əli qəzet-kitab görməyən bədbəxt insan, al şeir oxu, mənim kitablarımı bəyənmirsənsə, ayrı kitab oxu, heç olmasa qəzet oxu!”

Qeyri-adi görüntüsü, işlətdiyi ifadələr hamının üzündə bir təbəssüm yaradırdı. Çoxu ona dəli kimi baxırdı. Amma istəkləri, insanlara tövsiyələri dəliyə deyil, ziyalıya xas idi.

Kəsərlidən bəhs edən sənədli film də çəkilib – “Buta” filmə məxsus olan “Leninə məktub” filmi.

Kəsərli 1937-ci ildə Masallı rayonunda anadan olub, Sverdlovsk Politexnik Texnikumunda oxuyub, 1984-cü ildə Bakıda jurnalistika fakültəsini bitirib. Onlarla kitabı nəşr olunub. 6 uşaq böyüdüb. Həyat yoldaşı Almaz xanım onun kitablarını nəşr etmək üçün hətta qızıllarını satıb. Kitaba, qəzetə bel bağlayan Bəşir Kəsərli həyatın mənasını bu iki işdə görürdü.

Başına bağladığı qadın yaylığını isə Qarabağda məğlub olmağımızla əlaqələndirirdi:

“Nə qədər ki, Qarabağ düşmən əlindədir, bizdən kişi çıxmaz!”

Azərbaycan xalqının bir yumruq kimi birləşib torpaqlarımızın işğaldan azad olmasına sevindiyi günlərdə Bəşir Kəsərlini də unutmayaq.

Bəşir müəllim sağ olsaydı, yaylığı başından mütləq açardı.

Almaz

# 19165 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış aktrisanın oğlu vəfat etdi

Tanınmış aktrisanın oğlu vəfat etdi

14:30 21 sentyabr 2026
Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

14:17 21 sentyabr 2026
Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açıldı

Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açıldı

14:15 21 sentyabr 2026
Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

13:30 21 sentyabr 2026
Ramana qəsrində muzey fəaliyyətə başladı

Ramana qəsrində muzey fəaliyyətə başladı

13:13 21 sentyabr 2026
"Kim tənqid edir, özü bilər" -  Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

"Kim tənqid edir, özü bilər" - Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

13:09 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər