Prezident Xalq artistinə ev bağışladı

Prezident Xalq artistinə ev bağışladı
20 iyul 2020
# 17:13

Prezident Xalq artisti Vidadi Həsənova ad günü münasibətilə 3 otaqlı mənzil hədiyyə edib.

Kulis.az xəbər verir ki, Xalq artisti dövlət tərəfindən layiq görüldüyü diqqətə görə təşəkkürünü bildirib:

"62 yaşımı haqladım. Ad günümdə səmimi, xoş arzular da oldu, maraqlı və dəyərli hədiyyələr də. Hamınıza təşəkkür edirəm. Dostlar, o gün, xüsusilə bir hədiyyənin mənə və ailəmə bəxş etdiyi sevinci sizinlə bölüşmək istəyirəm. Bilmirəm, bəlkə, təsadüf idi? Əlbəttə, təsadüf ola bilərdi. Bəlkə də, sadəcə, tarixlər üst-üstə düşmüşdü... Belə də ola bilərdi. Amma mən belə düşünmək istəmirəm. Bu, nə təsadüf idi, nə də tarixlərin üst-üstə düşməsi. Məncə bu, qayğıkeş rəhbərin, genişürəkli insanın hər bir ölkə vətəndaşına göstərdiyi diqqətin ibrətamiz nümunəsi idi.

Bu yaxınlarda məni Bakı Şəhər İcra Hakimiyyətinə çağırıb, sərancam təqdim etdilər: Həsənov Vidadi İsmayıl oğluna, Bakı şəhərində 3 otaqlı mənzil verilməsi ilə bağlı möhtərəm Prezident İlham Əliyevin sərancamı idi. Sərancamın tarixi isə - məhz 16.07.2020-ci il idi.

Möhtərəm Prezident, bu əlamətdar gündə mənə və ailəmə bəxş etdiyiniz sevincə görə sizə dərin təşəkkürümü bildirirəm".

# 3805 dəfə oxunub

Oxşar xəbərlər

“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər