Nizami ili çərçivəsində beynəlxalq elmi-praktik konfrans keçirildi

Nizami ili çərçivəsində beynəlxalq elmi-praktik konfrans keçirildi
25 iyun 2021
# 14:19

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) "Nizami Gəncəvi İli" çərçivəsində xarici və ölkə alimlərinin iştirakı ilə “Nizami Gəncəvinin əsərlərində ümumbəşəri ideyalar” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Onlayn formatda keçirilən konfransda Türkiyə, Özbəkistan, Norveç, Rumıniya, Tatarıstan, Sloveniya və Hindistandan tanınmış alimlərlə yanaşı, yerli universitetlərin nümayəndələri və mütəxəssislər də iştirak ediblər.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov konfrans iştirakçılarını salamlayaraq, 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsini Azərbaycan mədəniyyətinə ehtiramın təzahürü olduğunu qeyd edib, Nizami Gəncəvinin ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığının nəinki ölkəmizdə, dünya ədəbiyyatında da əvəzsiz yeri olduğundan söz açıb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Baş direktoru, akademik İsa Həbibbəyli, Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Daşkənd Dövlət Universitetinin əməkdaşı, dosent Gulbahor Aşurova, Selçuk Universitetinin Fars Dili və Ədəbiyyatı kafedrasının professoru Ali Temizel, Aydın Adnan Menderes Universitetinin dosenti Tuncay Saygın, Araşdırmaçı, mütəxəssis Ranghild Thori, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, dosent Zəhra Allahverdiyeva çıxışlar edərək yüksək milli-əxlaqi, bədii-estetik, vətənpərvərlik nümunəsi olan Nizami Gəncəvinin fenomenal bəşəri irsindən, humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi olan əsərlərindən danışıblar.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlərin keçirilməsi davam etdiriləcək. /azertag.az/

# 3367 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər