Nar dərən polkovnik qonşum imiş – Cəbrayıllı alim ABŞ-dan yazır...

Nar dərən polkovnik qonşum imiş – Cəbrayıllı alim ABŞ-dan yazır...
12 oktyabr 2020
# 10:35

Kulis.az ABŞ-da yaşayan və işləyən Cəbrayıl əsilli alim, yazar Azər Əhmədovun işğaldan azad olunmuş həyətlərindən nar dərən zabit barədə yazısını təqdim edir.

Fotonu ilk görǝndǝ içimdǝn bir gizilti keçmişdi. Hǝrbçini tanımamışdım, heç diqqǝtlǝ dǝ baxmamışdım sifǝtinǝ, amma… nar tanış gǝlmişdi mǝnǝ. Nǝsǝ bir doğmalıq duyğusu… Bǝlkǝ bura oradır?

Bir neçǝ saat sonra nar dǝrǝn hǝrbçinin şǝkli yenǝ çıxmışdı qarşıma. Bu dǝfǝ kǝndin Horovlu olduğunu da yazmışdılar…

Günün sonuna doğru bir xǝbǝr dǝ çıxdı. Fotodakı polkovnik-leytenant (sǝhvǝn mayor yazmışdılar), demǝ, bizim çǝpǝr qonşumuz Sǝlim kişinin, Güllǝr bibinin nǝvǝsi Camal Qǝmbǝrovdur. Cǝbrayılın işğaldan azad edilmǝsindǝ yaxından vǝ qǝhrǝmancasına iştirak edib, doğma kǝndi Horovluya da ilk daxil olan o olub.

Horovlu mǝnim ana kǝndimdir. Lap balaca olanda elǝ bilirdim ki, dünyada ikicǝ kǝnd var - Xǝlǝfli vǝ Horovlu. Cǝbrayıl rayon mǝrkǝzini dǝ bu kǝndlǝrin birindǝn o birinǝ getmǝk üçün bir dayanacaq kimi tikiblǝr.

Hǝyatımın ilk ilini bütünlüklǝ Horovluda keçirmişǝm. Sǝlim kişigilin keçisinin südüylǝ böyümüşǝm. Mǝni anam deyil, nǝnǝm saxlayıb. Mǝndǝn cǝmisi iki yaş boyük dayım Hamleti sinǝsindǝn ayırıb, mǝni yedizdirib. Südü az imiş nǝnǝmin, bu sǝbǝbdǝn bir keçi tapıblar mǝnǝ…

Hamletlǝ quzuları yığıb O Taya otarmağa aparırdıq. Mamanǝvǝsi Salehgilin dağdağanlarının yanından keçib aşağı düşǝndǝ bir uşaq yola qaçıb öz uşaq dilindǝ nǝsǝ deyirdi bizǝ, heç nǝ anlamırdıq, amma dayanmadan hǝyǝcanla nǝsǝ deyirdi, sonra qayıdıb geri qaçırdı.

“Nǝ deyir bu?” – gülüşürdük.

“Yenǝ qayıdarıq, hǝyatımızı tǝzǝdǝn yaşayarıq orda” - uşaqlıq dostum Yalçın deyir, - “ordan çıxanda cavan uşaq idik, indi qocalıb qayıdırıq. Horovlusuz illǝr… Elǝ bil, ömrümüz ağ bir parçadır, aradan qara vǝ enli bir zolaq çǝkiblǝr.”

Bizim nǝsil tǝkcǝ bir-birimizlǝ deyil, özümüzlǝ dǝ görüşmǝk üçün qayıdırıq o torpaqlara – biz o torpaqlara qayıdanda dönüb tǝzǝdǝn hǝmin o saf, xoşbǝxt özümüzü tapacağıq.

Mǝnim yaşıdlarım (özümü çıxıram!) talecǝ ǝn ağır nǝsildir olkǝdǝ. Ən çox vuruşan, şǝhid düşǝn, bǝzilǝri mitinq-nümayişlǝrdǝ avaragor olan, mǝğlub olan, müharibǝdǝn fiziki vǝ mǝnǝn şikǝst çixan, hǝyatı şikǝst yaşayan…

Bizdǝn sonrakı bir nǝsil dǝ var. Biz o nǝsil barǝdǝ narahat idik hǝmişǝ. Görǝn nǝsǝ xatırlayırlarmı? Unutmazlar ki? Kǝnd heç yadlarındadırmı?

Yox, deyǝsǝn axı bunlar… görünüşlǝri, tǝrzlǝri… Xatirǝlǝri fǝrqliydi, baxışları, yanaşmaları fǝrqliydi.

Biz başa düşmürdük o nǝsli!

Nǝ danışır bunlar, bu nǝ lǝhcǝdir? – kǝdǝrlǝnirdik.

Belǝ sözmü vardı, nǝ deyir bu?

Dron, Harop, Bayraktar…

Biz belǝ söz bilmǝzdik...

# 9753 dəfə oxunub

Oxşar xəbərlər

Dilsiz Gülməmmədin yurda qayıdışı - "Səssiz haray"

Dilsiz Gülməmmədin yurda qayıdışı - "Səssiz haray"

21:50 1 may 2025
Xomeyni Rza şahın mavzoleyini niyə dağıtdırdı? - Dəhşətli sirrin pərdəarxası

Xomeyni Rza şahın mavzoleyini niyə dağıtdırdı? - Dəhşətli sirrin pərdəarxası

18:51 1 may 2025
Hamamda boğulub ölən qiraətçi kimdir? - Bakıda faciə

Hamamda boğulub ölən qiraətçi kimdir? - Bakıda faciə

18:31 1 may 2025
1 may günü nə olmuşdu? - Əmək Günü haqqında

1 may günü nə olmuşdu? - Əmək Günü haqqında

18:10 1 may 2025
Opera və Balet Teatrının direktor müavini vəzifəsindən azad edildi

Opera və Balet Teatrının direktor müavini vəzifəsindən azad edildi

17:15 1 may 2025
"B.Pasternak, İ.Brodski: Rus şeirində iki səs, bir əks-səda..."  - Seminar

"B.Pasternak, İ.Brodski: Rus şeirində iki səs, bir əks-səda..." - Seminar

16:45 1 may 2025
# # #