Müharibə mövzusunda ədəbi müsabiqə elan olundu - Şərtlər

Müharibə mövzusunda ədəbi müsabiqə elan olundu - Şərtlər
30 sentyabr 2020
# 17:15

Mədəniyyət Nazirliyi müzəffər Ordumuza dəstək məqsədilə yeni layihələrə başlayır.

Kulis.az xəbər verir ki, elan olunan müsabiqələrin adı “Mənim qəhrəman əsgərim” və “Ordumuz üçün yarat”dır.

Azərbaycan xalqı müstəqillik tarixinin çox mühüm, taleyüklü, eyni zamanda şanlı, qalibiyyət soraqlı günlərini yaşayır. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks hücum əməliyyatına başlayıb. Müzəffər Ordumuz bütün cəbhə boyu işğalçı qüvvələrə sarsıdıcı zərbələr endirərək Vətən torpağını azad edir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin mötəbər tribunalardan bütün dünyaya bəyan etdiyi tarixi həqiqəti – “Qarabağ Azərbaycandır!” gerçəyini bu günlər qəhrəman əsgər və zabitlərimiz döyüş meydanında rəşadət və şücaəti ilə həyata keçirir. Bütün xalqımız, dünyanın dörd bir yanında ürəyi Vətənlə döyünən soydaşlarımız bu günlər böyük zəfər yolunda tarix yazan igidlərimizlə sonsuz qürur duyur, şanlı Azərbaycan Ordusuna dəstəyini nümayiş etdirir. Millət və cəmiyyət olaraq hamılıqla Ordumuzun yanındayıq, Vətən sevdalı hər kəs bu yolda öz dəstəyini göstərməkdən şərəf duyur.

Müstəqil dövlətimizin suverenliyi və ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müzəffər Ordumuza dəstək olaraq, cəmiyyətdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, əsgər və zabitlərimizin döyüş meydanında yazdığı tarixin bədii yaddaşda, sənət əsərlərində yaşadılması, həmçinin illərdir işğal altında qalan, dağıdılıb talan edilən tarixi-mədəni irsimizi bir daha dünyaya tanıdılması məqsədilə silsilə layihələrin icrasına başlayıb.

Mədəniyyət və incəsənətimizin, ədəbiyyatımızın, təsviri sənətimizin, el sənətkarlığının Ordumuzla bir olduğunu nümayiş etdirəcək silsilə layihələr müsabiqə, təqdimat və təbliğat aksiyaları, digər tədbirləri ehtiva edir.
Bu layihələr çərçivəsində elan olunacaq “Mənim qəhrəman əsgərim” adlı ədəbiyyat müsabiqəsi Azərbaycan Ordusunun döyüş meydanındakı rəşadətini, igid hərbçilərimizin şücaətinin bədii nümunələrdə əks etdirilməsi məqsədi daşıyır. Müsabiqədə ədəbi əsərlər üçün janr məhdudiyyəti yoxdur.

Həyata keçiriləcək daha bir layihə “Ordumuz üçün yarat” aksiyasıdır. Layihəyə qoşulacaq hər bir iştirakçı özünün əl işi, təsviri və dekorativ tətbiqi sənət əsərləri, digər nümunələrlə müzəffər Ordumuza sənət dəstəyini, eyni zamanda qabiliyyət və təxəyyülünü ifadə edə bilər. Layihə çərçivəsində ərsəyə gələcək əl işləri torpaqlarımızın bütövlüyünü qoruyan hərbçilərimizə ərməğan ediləcəkdir.

Qeyd edək ki, bu və digər layihələrin hər biri haqqında ictimaiyyətə ayrılıqda və ətraflı məlumat təqdim olunacaq.

İlkin mərhələdə layihələr barədə ətraflı məlumat almaq üçün (012) 498 20 62 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

# 3224 dəfə oxunub

Oxşar xəbərlər

Bir tək sən mühümsən, eşq... - Günün mahnısı

Bir tək sən mühümsən, eşq... - Günün mahnısı

13:46 4 noyabr 2025
Dinini dəyişdirən aktyor - Fərman Şəkilinin filmləri niyə efirə buraxılmadı?

Dinini dəyişdirən aktyor - Fərman Şəkilinin filmləri niyə efirə buraxılmadı?

13:30 4 noyabr 2025
Tanınmış aktrisa vəfat etdi

Tanınmış aktrisa vəfat etdi

13:10 4 noyabr 2025
“Gilqamış"  operası nümayiş etdiriləcək

“Gilqamış" operası nümayiş etdiriləcək

12:55 4 noyabr 2025
Cəhalətə meydan oxuyan şair - Seyid Əzim Şirvani millətin gözünü necə açdı?

Cəhalətə meydan oxuyan şair - Seyid Əzim Şirvani millətin gözünü necə açdı?

12:18 4 noyabr 2025
Kino və fəlsəfə paralelini görən ilk filosof - Delöz nəyi cəfəngiyyat hesab edirdi?

Kino və fəlsəfə paralelini görən ilk filosof - Delöz nəyi cəfəngiyyat hesab edirdi?

11:38 4 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər